Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhər 1 saylı tam orta məktəbində “Son zəng”

14 iyun 2021 | 16:00

14 iyun 2021-ci il tarixdə Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbində “Son zəng” tədbiri keçirilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı ilə qəbul edilmiş qaydalara, Təhsil Nazirliyi tərəfindən rayon təhsil şöbələrinə verilmiş müvafiq tapşırıqlara əsasən təşkil edilən tədbir dövlət himninin oxunması başlanılıb.

Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktor əvəzi Vəli Ağayev sərbəst həyata qədəm qoyan məzunlara göstərilən etimadı layiqincə doğrultmaq üçün bu şərəfli yolda böyük uğurlar diləyib.

Qeyd edilib ki, məktəb üzrə 111 şagird 11-ci sinif, 169 nəfər isə 9-cu sinif üzrə məzun olur. Xatırladaq ki, təhsil ocağında 1957 şagird təhsil alır.

Məzunları bu xoş gün münasibətilə təbrik edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova qeyd edib ki, Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən hərtərəfli inkişaf təhsil sahəsinin də maddi-texniki bazasının gücləndirilməsinə səbəb olmuşdur:”Ümidvarıq ki, məzunlarımız müasir tələblərə cavab verən təhsil şəraitinə ali məktəblərə uğurlu imtahan verməklə, əsl vətəndaş kimi yetişməklə cavab verəcəklər.”

Gələcəyimiz olan bugünkü məzunların rayonumuzun adını daima ucalara qaldıracaqlarına əminliyini bildirən A.Qafarova işğaldan azad edilən torpaqlarımızda da tezliklə zəng səslərinin eşidiləcəyini, birincilərin yeni tikilib istifadəyə verilmiş gözəl məktəblərə addım atacaqlarını vurğulayıb.

Məktəbin direktor müavini, şəhid Niyaməddin Sultanzadənin anası Mehriban Əzizova, Masallı Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov, “Tərəqqi” medallı pedaqoq Əminə Abıyeva, müəllimlərdən Elmira Sadıqova, Aybəniz Cəfərova, Vətən müharibəsi iştirakçısı Əli Alışov və başqaları məzunlara qarşıdakı çətin sınaqlarda müvəffəqiyyətlər, onlara gələcək həyat yolunda mübariz olmalarını, ali məktəblərə qəbul imtahanlarının ilk mərhələsində yüksək bal toplayanlara növbəti mərhələdə uğurlar arzulayıblar.

Məktəb rəhbərliyi tərəfindən təhsildə fərqlənən müəllim və şagirdlərə fəxri fərmanlar təqdim edilib.

Son zəng çalınıb.

Sonda məktəbin məzunu, şəhid Niyaməddin Sultanzadənin məzarı ziyarət olunub.

Qeyd edək ki, tədbir iki mərhələdə günün müxtəlif vaxtlarında keçirilib.

Keçidlər