Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda İlk dəfə seçkilərdə iştrak edəcək gənclərin maarifləndirilməsi mövzusunda geniş tədbir keçirilib

18 sentyabr 2015 | 15:00

18  sentyabr  2015-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində İlk dəfə seçkilərdə  iştrak edəcək  gənclərin maarifləndirilməsi  mövzusunda  geniş tədbir keçirilib
Tədbirdə giriş nitqi ilə çıxış edən  Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov ilk öncə ilk dəfə seçkilərdə iştrak edən gəncləri  salamladı.  Bildirdi ki, əsası Ulu Öndər Heydər Əliyev  tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha da genişləndirilmişdir. Hal-hazırda gənclər ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır. İnanırıq ki,  Noyabrın 1-də keçiriləcək parlament seçkilərində cəmiyyətimizin aparıcı qüvvəsi olan gənclərin aktiv şəkildə  iştirakı, hər bir vətəndaşın isə seçki hüququndan istifadə edərək öz seçimini etməsi mühüm amildir . Masallı  rayonunda ilk dəfə səs verən gənclərin sayının  1500  nəfərə yaxın olduğunu bildirənCamal Manafov çıxışının sonunda seçkilərə ilk dəfə qatılacaq gəncləri təbrik edərək əmin olduğunu bildirdi ki, gənclərimiz onlara verilən seçki hüququnu layiqincə qiymətləndirərək builki seçkilərdə yüksək səviyyədə iştirak edəcəklər.
Daha sonra çıxış edən Masallı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Emin Nüsrətov ilk dəfə seçkilərdə iştirak edəcək gəncləri təbrik etdi. Qeyd etdi ki, gənclərin bütün sahələrdə aktiv fəaliyyəti ilə seçilməsi, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynaması onlara verilən yüksək dəyərin nümunəsidir.
Tədbirdə çıxış edən 70 saylı Masallı şəhər Dayrə Seçki Komissiyasının katibi Sərxoş Nuriyev Milli Məclisə seçkilərinin tarixindən, seçki qanunvericiliyi və bu sahədə qəbul edilmiş hüquqi aktlar barədə ətraflı danışaraq. Bildirildi ki, ölkəmizdə seçki sistemi daha da təkmilləşdirilərək seçicilərin səsvermə hüquqları tam təmin olunduğunu bildirdi.Geniş diskusiya şəkilində davam edən tədbirdə ilk dəfə seçkilərdə iştrak edəcək gənclərin marağına səbəb olan suallar cavablandırıldı

             Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış seçkilərlə  bağlı bukletlər paylanılmışdır.

Keçidlər