Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda barama təhvili davam edir

14 iyun 2021 | 16:00

Masallıda ənənəvi təsərrüfat sahəsi olan baramaçılıq ildən-ilə inkişaf etdirilir. Kümçülər iqtisadi cəhətdən sərfəli olan baramaçılığa diqqəti artırırlar.

Cari mövsümdə 140 qutu barama toxumunu becərən kümçülər keyfiyyətli məhsul əldə ediblər. İyunun 10-da rayonda barama qəbuluna başlanılmışdır.

Qəbul məntəqəsinə Boradigah, Türkoba, Tüklə, Şıxlar, Yeyənkənd və başqa ərazilərdən ilk barama məhsulu gətirilmişdir.

14 iyun 2021-ci il tarixdə Masallı DAİM-in məsul işçisi Hasil Hüseynovun redaksiyamıza verdiyi məlumata görə 4200 kiloqrama yaxın məhsul yüksək keyfiyyətlə qəbul edilmişdir.

Rayonda barama təhvili davam edir.

Keçidlər