Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun “Milli Qurtuluş Günü” bağçalarda da qeyd olundu

14 iyun 2021 | 16:00

15 İyun “Milli Qurtuluş Günü” münasibəti ilə Masallı rayonunda yerləşən körpələr evi-uşaq bağçalarında  müxtəlif tədbirlər keçirilib. Tədbirlərdə körpə fidanlar Ulu öndər Heydər Əliyevə həsr olunmuş müxtəlif ədəbi-bədii kompozisiyalar, şeirlər, rəqslərlə çıxış etmişlər. Masallı şəhər 1 və 4 saylı körpələr evi-uşaq bağçalarını ziyarət edən Masallı RİHB müavini Aybəniz Qafarova körpələri və körpələr evi-uşaq bağçalarının kollektivini “Milli Qurtuluş Günü” münasibəti ilə təbrik etmiş, bu günün tarixi önəmidən, Ulu öndərin xalqımıza bəxş etdiyi töhfələrdən geniş söz açmış, körpələr evi-uşaq bağçalarının kollektivlərinə öz tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər