Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda barama təhvili davam edir

16 iyun 2021 | 16:00

Masallı rayonunda kənd təsərrüfatı işlərinin qızğın çağıdır.

Taxıl biçilir, barama təhvili davam edir, tütün əkini başa çatıb, tərəvəz sahələri becərilir, bostan məhsulları satılır, yem bitkiləri əkininə hazırlıq görülür.

Masallı DAİM-in rəisi Seymur Nuriyevdən redaksiyamıza aldığımız məlumatdan aydın olur ki, rayonun kümçülərinin işi daha ürəkaçandır. Kümçülər indiyə kimi-16 iyun 2021-ci il tarixə kimi 4646 kiloqram yaxın barama təhvil vermişlər. Bu sahədə Boradigah, Mahmudavar, Müyankü, Çaxırlı, Yeddioymaq, Bədəlan, Şıxlar kümçüləri fərqlənmişlər.

Keçidlər