Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı RİH başçısı şəhərdəki abadlıq-quruculuq işləri ilə tanış olub

16 iyul 2021 | 16:00

Masallı şəhərində bu il 22 küçəyə asfalt örtüyü döşənib. Ötən il isə şəhərin 18 küçəsi asfaltlanıb.

16 iyul 2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov şəhərin asfalt vurulmuş Zəlimxan Yaqub (uzunluğu 450 metr, 1620 kvadratmetr), Şirvani (uzunluğu 550 metr, 1980 kvadratmetr), Subhan Həsənov (uzunluğu 700 metr, 2572 kvadratmetr) küçələrinə baxmış, Xətai parkında abadlıq-quruculuq işləri ilə yerində tanış olmuş, tapşırıq və tövsiyələrini vermişdir.
Rayon rəhbəri bildirmişdir ki, Respublika Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarına əsasən respublikamızın bölgələrində aparılan quruculuq işləri Masallıda da uğurla həyata keçirilir. RİH başçısı yurdsevər Masallı sahibkarlarının rayonda görülən abadlıq-quruculuq işlərindəki fəallığını xüsusi vurğulamışdır.

İcra başçısı sakinlərə abad küçələrin ətrafında səliqə-səhmana daim fikir verilməsini, yol kənarlarında yaşıllıqların salınması, sərv ağaclarının əkilməsini tövsiyə etmişdir.

Şəhər sakinlərindən Nadir Hüseynov, Rauf Həsənov, Qorxmaz Novruzov, Abdin Hüseynov görülən abadlıq-quruculuq işlərinə görə ölkə rəhbərinə, icra başçısına, eləcə də yol inşaatçılarına minnətdarlıqlarını bildirmişlər.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov Vətən müharibəsi şəhidi Subhan Həsənovun valideynləri ilə görüşmüş, ailənin sosial problemləri ilə maraqlanmışdır.

Keçidlər