Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Taekvondo idman növü üzrə açıq rayon birinciliyi

17 iyul 2021 | 16:00

           15-16 iyul 2021-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Regional Taekvando Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin  yaradəlmasının 27-ci ildönümünə  həsr olunmuş Taekvondo idman növü  üzrə  azyaşlı uşaqlar, uşaqlar, yeniyetmə və gənclər  arasında açıq  rayon birinciliyi keçirilmişdir.

Yarışın keçirilməsində əsas məqsəd rayonda Taekvondo idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək  , idmanın kütləviliyinin təmin etmək eləcədə  uşaq və yeniyetmələrin taekvondo idmana olan marağını daha da artırmaqdan ibarət olmuşdur..
Sonra 11 çəki dərəcəsində 120 nəfərə yaxın uşaq, yeniyetmə və gənc idmançıların iştrakı ilə keçirilən yarış olduqca gərgin və mübarizə şəraitində keçirilmişdir. İki gün davam edən yarışda Masallı rayon komandası I yerə, Lənkəran rayon komandası II yerə,Biləsuvar rayon komandası isə III yerə layiq görülmüşdür.
      Sonda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və  medallarla mükafatlandırılmışlar.

Keçidlər