Şriftin ölçüsü :

Saytın rəngi :

ll Qarabağ müharibəsi qazisi Məcidov Polad Zaur oğlunu ziyarət

26 iyul 2021 | 16:00

26 İyul 2021-ci il tarixdə “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi ll Qarabağ müharibəsi qazisi Məcidov Polad Zaur oğlunu ziyarət etmişdir. Ziyarət zamanı Qazimizin keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb və qayğıları dinlənilib.
27 Sentyabrda başlayan ll Qarabağ müharibəsində Hadrut qəsəbəsinin, Füzuli, Cəbrayıl,Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir.Qəhrəmanımız Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə yaralanaraq,nitq və eşitmə qabiliyyətini itirmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Məcidov Polad Zaur oğlu “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə”  medalları ilə təltif olunmuşdur.

Keçidlər