Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı təmizlik işləri davam edir

27 iyul 2021 | 16:00

Masallı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkçiləri təmizlik işlərini davam etdirirlər

Masallı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməksevər işçiləri şəhərdə davam edən abadlıq-quruculuq işlərində həmişə fəallıq göstərirlər.
Kollektiv hazırda şəhərimizin küçə, parkları və prospektlərində olan ağacları budamış, məişət tullantılarını təmizləmişlər.

Şəhərin prospekt və küçələrində səliqə-sahman göz oxşayır.

Abadlıq-quruculuq işlərini razılıq hissi ilə qarşılayan şəhər sakinləri görülən işləri yüksək qiymətləndirirlər.
Həmçinin Masallı Rayon İcra Hakimiyyəti, şəhər ərazi nümayəndəliyi, şəhər bələdiyyəsi  tərəfindən sakinlərə bildirilmişdir ki, evlərinin ətrafında zibillik yaratmasınlar, səliqə-sahmana fikir versinlər. Ötən il və cari ildə 40-dan çox küçələrə təzə vurulan asfalt vətəndaşlara xoş ovqat bəxş edib. Sakinlərin sevinci hədsizdir. Gəlin, şəhərimizin, məhəlləmizin, evimizin, binamızın səliqəli qalmasına hər an nail olaq, qonaqlar Masallıdan xoş təəsüratla ayrılsınlar...

Keçidlər