Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda yaşıllıqlara qulluq olunur

27 iyul 2021 | 16:00

Masallı Yaşıllaşdırma müəssisəsinin kollektivi bu günlər bütün imkanlarını səfərbər edərək yaşıllıqların suvarılmasına nail olur.

Havaların yaşıllıqlar üçün əlverişsiz keçdiyi vaxtlarda təbiətsevərlər şəhərin əsas istiqamətlərindəki ağac və gül kollarını mütəmadi suvarılmasına səy edirlər.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı qeyd edir ki, yaxın günlərdə Bakı, Heydər Əliyev prospektlərinin “ASAN xidmət” sahəsində, Musakücə dairəsi, Bayraq meydanı, Hüseynhacılı yolayrıcı, Viləş sahilində park-bulvarda ağacların səhər-axşam suvarılması təmin edilmişdir.

Keçidlər