Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” mövzusunda tədbir

13 sentyabr 2021 | 16:00

Masallı rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” mövzusunda tədbir keçirilmişdir. Pandemiya şəraitinin tələblərinə riayət etməklə keçirilən təbirdə ARTİ-nin direktoru Rüfət Əzizov, layihənin meneceri İlahə Rəsulova, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, məktəb direktorları, icma əsaslı qrupların tərbiyəçi-müəllimləri və valideynlər iştirak etmişdir.
Görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülmüşdür. Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edildikdən sonra Masallı Rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov çıxış edərək həm respublikada, həm də rayonda təşkil olunan “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi barədə geniş məlumat verdi. Sonra ARTİ-nin direktoru R.Əzizov bildirdi ki, “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi Avropa İttifaqının, UNİCEF-in və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra olunur. O,qeyd etdi ki, layihənin əsas məqsədi icmalarda məktəbəqədər təhsilə cəlb olunmuş 3-5 yaşlı uşaqların sayının artırılması, valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakı ilə şəffaflıq, hesabatlılıq və məktəb-cəmiyyət münasibətlərini gücləndirməkdir. Daha sonra ARTİ-nin meneceri İ.Rəsulova layihənin əhəmiyyətindən danışaraq icma əsaslı qruplara cəlb olunmuş uşaqların gələcəkdə daha uğurlu nəticələr göstərəcəyini, həyata keçirilən tədbirlərin ibtidai və ondan sonrakı təhsil səviyyələrində təhsilin keyfiyyətinin yaxşılaşmasına şərait yaradacağını qeyd etdilər.
Qarşılıqlı diskussiya şəklində davam edən görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və təkliflər dinlənilmişdir.

Keçidlər