Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı RT şəhid ailələrini ziyarət etdi

23 sentyabr 2021 | 16:00

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının rəhbərliyi, rayon İcra Hakimiyyətinin nümayəndələri və YAP fəalları rayonun Çaxırlı kənd ərazisindən olan birinci və ikinci Qarabağ döyüşlərində şəhid olmuş Vəliyev Məhəmməd Nail oğlu, Şahbazov Kənan Natiq oğlu, Gözəlov Ziya Zahid oğlu, Bağırov Namiq Nürəddin oğlu və Ağayev Ağamalı Şamil oğlunun ailə üzvlərinə baş çəkilmiş, maddi yardım göstərilmiş və məzarlarını ziyarət etmişlər. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə etmişlər. Allah bütün şəhidlərimizə rəhmət etsin, ruhları şad olsun.

Keçidlər