Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı RT şəhid ailələrini ziyarəti davam etdirir

23 sentyabr 2021 | 16:00

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının rəhbərliyi, rayon İcra Hakimiyyətinin nümayəndələri və YAP fəalları rayonun Banbaşı, Böyük Xocavar və Binə Xocavar kəndlərindən olan birinci və ikinci Qarabağ döyüşlərində şəhid olmuş Qasımov Cavanşir Beytulla oğlu,Nəzərov Elməddin İsmayıl oğlu, Məlikov Aqil Qismət oğlu, Bayramov Qismət Elyas oğlu, Alışov Nahid Güləli oğlu, Məmmədov Bəyalı İlyas oğlu, Əliyev Məhəmməd İlham oğlu, Nuriyev Bəşir Nuru oğlu, Əzizov Emil Əbil oğlu, Abdullayev Mürvət Əli oğlu, Akifzadə Elmir Gündüz oğlunun ailə üzvlərinə baş çəkilmiş, maddi yardım göstərilmiş və məzarlarını ziyarət etmişlər. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə etmişlər. Allah bütün şəhidlərimizə rəhmət etsin, ruhları şad olsun.

Keçidlər