Şriftin ölçüsü :

Saytın rəngi :

YAP fəallarının şəhid ailələrini ziyarəti davam edir

24 sentyabr 2021 | 16:00

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının əməkdaşları, rayon İcra Hakimiyyətinin nümayəndələri və YAP fəalları rayonun Güllütəpə, Yolağacı, Tətyanoba, Yeni Zuvand kəndlərindən olan Qarabağ döyüşlərində şəhid olmuş Mürvətbəyli Ülvi Arif oğlu, Lətifov Rəşid Gülməmməd oğlu, Təhməzov Şəmsəddin Sərvər oğlu, Əzizov Raqib Vidadi oğlunun ailə üzvlərinə baş çəkilmiş, maddi yardım göstərilmiş və məzarlarını ziyarət etmişlər. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə etmişlər. Allah bütün şəhidlərimizə rəhmət etsin, ruhları şad olsun.

Keçidlər