Şriftin ölçüsü :

Saytın rəngi :

95 yaşlı müharibə veteranına minik avtomobilinin açarı təqdim olunub

19 noyabr 2015 | 16:00

Noyabrın 19-da Masallı rayonunun Sığdaş kənd sakini, Böyük Vətən Müharibəsi veteranı, birinci qrup müharibə əlili, 1920-ci il təvəllüdlü Xancanov Xankişi Babaş oğluna “Lifan” markalı minik avtomobilinin açarı təqdim olunub.
Açarın təqdim olunma mərasimi 95 yaşlı müharibə veteranının yaşadığı evdə keçirilib.
Rayonun rəhbər işçilərinin, ərazi icra nümayəndəliyinin, kənd bələdiyyəsinin və ictimaiyyət təmsilçilərinin iştirak etdiyi mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizdə müharibə iştirakçılarına, o cümlədən İkinci Dünya müharibəsinin veteranlarına göstərilən dövlət qayğısından söhbət açıb. O, müharibə veteranlarının mənzil və məişət şəraitinin yaxşılaşdırılması və onların sosial problemlərinin həlli istiqamətində görülən işləri, bu sahədə həyata keçirilən layihələri diqqətə çatdırıb.
Masallı Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Məmmədağa Şiriyev, Xankişi Xancanovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Rayon icra hakimiyyətinin başçısı R.Hüseynov “Lifan” markalı minik avtomobilinin açarını müharibə veteranına təqdim etdi.

Keçidlər