Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA QURUCULUQ İŞLƏRİ GÜNDƏN-GÜNƏ GENİŞLƏNİR

13 oktyabr 2021 | 16:00

Masallı şəhərində quruculuq işləri davam etdirilir. Cari ildə onlarla küçə və xiyaban abadlaşdırılıb.
Hazırda şəhərin Heydər Əliyev prospekti boyu bu tədbirlər həyata keçirilir. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, burada köhnə bardürlər yenisi ilə əvəz olunur, divarlara aqlay daşlardan üz çəkilir, yeni səkilər qurulur.
Masallı şəhər ərazi nümayəndəliyinin məlumatına görə şəhərin Füzuli, Elşad Hüseynov küçələrində də quruculuq işləri aparılır. Yaxın vaxtlarda burada yaşıllıqlar da salınacaq.

Keçidlər