Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA YENİ AİLƏ QURAN GƏNCLƏRİN ƏNƏNƏVİ ADDIMI

30 noyabr 2021 | 16:00

Vətən müharibəsi qazisi, Masallı rayonunun Yeddioymaq kənd sakini Orxan İbrahim oğlu Əlirzayev, Leyla Nazim qızı Əlirzayeva ilə ailə həyatı qurub.

Toy mərasimindən öncə gənclər Masallı şəhərində "Qəhrəmanlar Parkı - Şəhidlərin abidə Kompleksi"ni ziyarət edərək ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman oğullarını ehtiramla yad etmişlər. Sonra gənclər Heydər Əliyev parkına gələrək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib, Masallı rayon Heydər Əliyev Mərkəzində  Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Mərkəzin direktoru Dilbər İbayeva ölkəmizdə gənc ailələrə göstərilən dövlət qayğısından söhbət açmış, yeni ailə quran cütlüyə xoş arzularını bildirmişdir.

 

 

Keçidlər