Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər şəhidləri andılar

30 noyabr 2021 | 16:00

Rayonun ümumi təhsil məktəblərində şəhidlərin xatirəsinə həsr olunmuş müsabiqələr  keçirilib
Birinci və İkinci Qarabağ müharibələri zamanı torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların  döyüşlərdə göstərdikləri igidlik və şücaətin təbliği istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilir.Rayonun ümumi təhsil məktəblərində  də bu istiqamətdə müvafiq işlər görülür.Belə ki,ümumi təhsil məktəblərində vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın adları onların oxuduqları sinif otaqlarına verilir və şəhidlərin xatirəsinə həsr olunmuş müsabiqələr keçirilir.Sinif otaqlarının şəhidlərimizin adları ilə adlandırılması və onların xatirəsinə həsr olunmuş müsabiqələrin təşkili şagirdlərdə böyük məsuliyyət hissi yaratmaqla,onların təlim nailiyyətlərinin artmasına,yeniyetmə və gənc nəslin vətənpərvər ruhda böyüməsinə əlverişli şərait yaradır.
Qeyd olunanlara uyğun olaraq 30.11.2021-ci il tarixdə rayonun Masallı şəhər R.Əlihəsənov adına 1 saylı, Masallı şəhər N.Nərimanov adına 2 saylı, Hişkədərə kənd E.Ağayev adına tam orta, Banbaşı kənd C.Qasımov adına tam orta, Xıl kənd Ə.Bəylərbəyov adına tam orta, Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta məktəblərinin müvafiq siniflərində I və II Qarabağ müharibələrində həlak olmuş şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş rəsm, inşa, şeir müsabiqələri və bilik yarışları keçirilmişdir.Müsabiqələrdə qalib gəlmiş şagirdlər vaxtilə şəhidlərimizin əyləşdiyi  partada bir həftəlik oturmaq hüququ  qazanmışdır.
Qeyd edək ki,tədbirlər ilboyu rayonun digər məktəblərində davam etdiriləcəkdir.
 

Keçidlər