Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Rafail Hüseynovun xatirəsi anılıb

01 yanvar 2022 | 16:00

Təzə ilin ilk günü, 1 yanvar 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və birinci müavini Məmmədhüseyn Hüseynov, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı sədrinin səlahiyyətlərini icra edən Seyfəddin Əliyev, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, SHXÇDX-in Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev, «Yeni həyat qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov və Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nihad Allahyarov şəhid çavuş Rafail Hüseynovun doğum günündə evində olub, xatirəsini anıblar.
Çay süfrəsi arxasında cənab Şahin Məmmədov şəhid ailəsini 2022-ci il və Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə təbrik edərək qeyd edib ki, müqəddəs Vətən müharibəsi zamanı xalqımız birlik və həmrəylik nümayiş etdirərək tarixi Qələbəmizi daha da inamlı etdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, Rafail kimi şəhid oğulların və qazilərimizin qəhrəmanlıqlarından söz açıb.

Rayon rəhbəri və SHXÇDX-in rayon şöbəsinin rəisi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Rafail Hüseynovun ölümündən sonra layiq bilindiyi 3-cü dərəcəli «Rəşadət» ordeni və «Şuşanın azad olunmasına görə medalını onun ata-anasına təqdim ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov (fotoqraf Rəşad Fərəcov) 1 yanvar 2000-ci ildə doğulmuş şəhid çavuş Rafail Hüseynovun ad günü keçirilən, orden və medalı təqdim olunan Qarğalıq kəndindən xəbər verir ki, şəhidin atası Teymur Hüseynov şəhid ailələrinin, o cümlədən qazilərin hər zaman diqqətdə saxlanıldığını, dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayıb. Göstərilən qayğıya görə şəhidin ailəsi ölkə rəhbəri Cənab İlham Əliyevə, rayon rəhbərinə və qonaqlara dönə-dönə minnətdarlığını ifadə etmişdir. Şəhid atası həmçinin bu gün ad günü olan icra başçısını təbrik edib.
Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər