Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda rayon rəhbəri yoxlamalara başladı

05 yanvar 2022 | 16:00

Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov rayonun Boradigah qəsəbəsi, Bədəlan, Hişkədərə, Qızılavar, Mahmudavar, Tüklə və.s kəndləri ərazilərində təsərrüfatbaşına uçot kitablarının vəziyyəti ilə bağlı yoxlama aparmışdır.

Belə ki, yoxlama zamanı rayon İcra hakimiyyəti başçısının rəhbərliyi ilə rayon İcra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Seyfəddin Əliyev inzibati ərazi dairəsi üzrə nümayndəliklərində yaradılmış qərargahların, işçi qruplarının fəaliyyəti, mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarında məlumatların mövcud vəziyyətə uyğun qeyd edilməsini, təsərrüfat üzvlərinin, eyni zamanda həmin ünvanlarda müvəqqəti yaşayan şəxslərin siyahısının dəqiqləşdirməsini, habelə seçici siyahılarında müvafiq dürüstləşmələr aparmasının vəziyyəti ilə tanış olmuşlar.

Rayon rəhbəri təsərrüfatbaşına uçot kitablarında yol verilmiş nöqsanlarla bağlı məsul şəxslərə iradlarını bildirmiş, şəffaflığın təmin olunması, məsuliyyətin artırılması ilə bağlı öz tapşırıq və tövsiyyələrini vermişdir.

Qeyd etmək istərdik ki, rayonun inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot kitablarının vəziyyəti ilə bağlı yoxlamalar davam etdirilir.

Keçidlər