Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin adına tikilən bulağın açılışı olub

10 yanvar 2022 | 16:00

       10 yanvar 2022-ci il tarixdə Masallı rayonunun Ərəb kəndində şəhid Masim Qurbanovun adına tikilən bulağın açılışı olub. Abidə-bulaq kompleksdə həşmçinin Birinci Qarabağ və Vətən müharibələrində şəhidlik zirvəsinə ucalan, Ərəb kəndindən olan  qəhrəman oğulların xatirə lövhələri yerləşdirilib.

        Tədbir başlamazdan əvvəl kəndə dəvət olunmuş hərbi musiqişilərincanlı orkestrin müşayiəti ilə Azərbaycanın dövlət himni ifa olunub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
       Açılış mərasiminə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin rayon şöbəsi, şəhid ailələri, qazilər, hərbiçilər və müharibə iştirakçıları, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri, şəhidlərin yaxınları, kənd sakinləri, digər yerlərdən gələn qonaqlar, həmçinin media nümayəndələri iştirak ediblər.
       Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
       Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və şəhidin atası, Birinci Qarabağ müharibəsi döyüşlərinin iştirakçısı olmuş Hafiz Qurbanov və başqaları tədbirdə çıxış edərək ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbənin tarixi əhəmiyyətindən, bu kənddən olan şəhidlərin, şəxsən şəhid Masim Qurbanovun döyüşçü kimi Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarının azad olunmasında fəal iştirak edən və düşmənlə üz-üzə gələrək onların ağır itki verməsində xüsusi rolu olduğunu vurğulayıb, Masimin sonuncu dəfə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəldiyini, şəhidlik zirvəsinə ucaldığını qeyd ediblər.-Lazım gəlsə mən də övladım Masim kimi torpaqlarılmızın azad olunmasnda hazıram,-deyə şəhid əsgər Masim Qurbanovun atası Hafiz söyləyib.
        Kənd sakinləri Masimlə fəxr etdiyini və onunla qürur duyduğunu söyləyiblər.
       Şıxış edənlər kənddəki başqa şəhidlərin şərəfli döyüş yollarından danışıb, onların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar.
       Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı rayonunun icra başçısına minnətdarlıq bildiriblər.
       Tədbirdə Ərəb kənd orta məktəbinin beşinci sinif şagirdi Türkan Türkan Qurbanova hərbi-vətənpərvərlik mövzusunda şeirlər ifa edib.
        Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin Baş redaktoru, Masallı şəhidlərinin il mərasimi ilə əlaqədar bütün yazıların müəllifi Əlihüseyn Şükürov (fotoqraf Rəşad Fərəcov) Ərəb kəndindən xəbər verir ki, tədbir iştirakçıları sonra torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının şəkilləri olan abidə-bulaq kompleksini ziyarət edib, üzərinə qərənfillər düzərək onların ruhuna dualar oxuyublar.
       Bildirək ki, Masim Qurbanov 7 yanvar 2001-ci ildə rayonun Ərəb kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə gedib. 2019-cu ilin yanvar ayında Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq Vətən müharibəsinə yollanıb...

Keçidlər