Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “İntellekt” bilik yarışı

09 fevral 2016 | 16:00

       09 fevral 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində rayon Təhsil şöbəsi ilə Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı nəticəsində 14-29 yaşlı gənclərlə rayon  ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “İntellekt” bilik yarışı üzrə rayon  birinciliyi keçirilmişdir.
       Tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Ağayev çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirməsindən, onlara hər bir sahədə göstərilən diqqət və  qayğıdan həmçinin respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış, tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir. “İntellek” oyununun keçirilməsində əsas məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğu bildirilmişdir.
         Gərgin və maraqlı keçən İntellektual bilik yarışın yekununda Bala Kolatan kənd  tam orta məktəbin komandası I yerə, Bədəlan kənd tam orta məktəbinin komandası  II yerə “Dəfinə” məktəb-liseyinin komandası  III yerlərə layiq görülmüşlər.
Fəallığına  görə isə  Mahmudavar kənd tam orta məktəbin komandası diplomla təltif edilmişdir.
         Rayon  birinciliyində qalib gəlmiş bütün komanda üzvləri rayon Gənclər və İdman idarəsi tərəfindən müxtəlif hədiyyələrlə təltif olunmuşlar.

Keçidlər