Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının yığıncağı

11 fevral 2016 | 16:00

         11 fevral 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Ərkivan qəsəbə 4 saylı məktəb  ərazi ilk partiya təşkilatının təsis edilməsi ilə əlaqədar yığıncaq keçirib.
         Yığıncağı giriş sözü ilə açan Ərkivan qəsəbə 4 saylı tam orta məktəbin direktoru Məmmədağa Sadıqov təməli xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının şərəfli mübarizə yolundan bəhs edib: “Xalqın dərin etimadını və etibarını qazanmış Yeni Azərbaycan Partiyası güclü siyasi təşkilat olaraq formalaşıb, inkişaf edib və vətənimizin tərəqqisi naminə genişmiqyaslı fəaliyyət göstərib”.
         Sonra təşkilatı məsələyə baxılıb və Məmmədağa Sadıqov Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Ərkivan qəsəbə 4 saylı məktəb ərazi  ilk  partiya təşkilatının sədri seçilib.
         Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının baş təlimatçısı Cəlal Əliyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan danışıb, partiyanın yaradıcısı və qurucusu Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib. “Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatında gərgin proseslərin getdiyi bir dövrdə yaranıb deyən C.Əliyev daha sonra əlavə edib ki, partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də bəyan etdiyi kimi, həmin dövrdə Azərbaycan xalqı ölkəmiz üçün həlledici məqamda bir yumruq kimi Heydər Əliyevin ətrafında birləşdi və Heydər Əliyevin ideyalarına, Onun siyasətinə, Onun fəlsəfəsinə sadiqliyini bir daha göstərdi”.

Keçidlər