Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş konfrans

28 aprel 2016 | 16:00

28 aprel 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında YAP Masallı rayon Təşkilatı Qadınlar Şurası Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konfransı keçirilmişdir.

YAP Masallı Rayon Təşkilatı Qadınlar Şurasının sədri Gülşən Xəlilova alim-həkim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın ömür yoluna, fəaliyyətinə nəzər salmış, dünya şöhrətli alimin, dövlət xadiminin Azərbaycan xalqına, xüsusilə də tibb elminə bəxş etdiyi töhfələrdən danışmışdır.
Konfransda Masallı RMX-nın həkimi Cahan Hüseynova, YAP Masallı Rayon Təşkilatının Şura üzvü Naibə Aslanova, Boradigah sahə xəstəxanasının müdiri Aygün Quliyeva, Masallı Dövlər Regional Kollecinin müəllimi Dilarə Hüseynova, Kalinovka kənd uşaq bağçasının müdiri Pərvin Rəsulova çıxış etmiş, görkəmli oftolmoloq Zərifə Əliyevanın Azərbaycan elminin inkişafı naminə gördüyü işlərdən bəhs etmiş, onu humanist şəxsiyyət, əsl ziyalı və qayğıkeş ana kimi dəyərləndirmişlər.

Keçidlər