Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Breyn Rinq” İntellektual oyunu

28 aprel 2016 | 16:00

28 aprel  2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Masallı rayon orta ümumtəhsil məktəblərinin X-XI sinif şafirdləri arasında “Breyin-rinq” intellektual bilik yarışı üzra rayon turniri keçirilmişdir.
       Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və qayğıdan, respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış, tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir. Oyununun keçirilməsində əsas məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğu bildirilmişdir..
Gərgin və maraqlı keçən intellektual  bilik yarışınında  S.Tağıyev adına  4 saylı Digah tam orta məktəbinin komandası  I yerə, F.Xancanov adına Musaküçə kənd tam orta məktəbinin komandası II yerə, Ə.Bağırov adına 4 saylı Ərkivan qəsəbə tam orta məktəbin komandası III yerə layiq görülmüşlər fərqləndiyinə görə isə N.Nərimanov adına Şəhər 2 saylı tam orta məktəbin komandası diplomla mükafatlandırılmışdır.
         Rayon  turnirində  qalib gəlmiş    komandalar   Masallı  rayon  Gənclər və İdman idarəsi tərəfindən  diplomla  təltif olunmuşlar.

Keçidlər