Şriftin ölçüsü :

Saytın rəngi :

Kalinovka kəndində Şəhid Nurlan Əsgərlinin adına küçə açılıb

14 may 2016 | 16:00

14 may 2016-cı il tarixdə Masallı rayon Kalinovka kəndində Şəhid Nurlan Bayram oğlu Əsgərlinin 40 mərasimi keçirilmiş və Şəhidin adına verilmiş küçənin açılışı olmuşdur.
N. Əsgərli 03 dekabr 1995-ci ildə Masallı rayonu Kalinovka kəndində anadan olmuş, 2014-cü ilin yanvar ayında Masallı rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. N. Əsgərli 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etmək üçün könüllü olaraq hərbi xidmətini baş əsgər rütbəsində davam etdirmişdir. 04 aprel 2016-cı il tarixdə cəbhənin Tərtər rayonundakı təmas xəttində gedən gərgin döyüş zamanı xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına Şəhid olmuşdur.
Bu gün Şəhid Nurlan Əsgərlinin toprağa tapşırılmasından 40 gün keçir.
Şəhid Nurlan Əsgərlinin adının əbədiləşdirilməsi məqsədi ilə kəndin mərkəzi küçəsinə onun adı verilmişdir. Bu münasibətlə keçirilən tədbirdə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatları, rayon ictimaiyyətinin, KİV əməkdaşları və minlərlə sakin iştirak etmişdir.

Keçidlər