Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA 28 MAY-RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ KONFRANS

27 may 2016 | 16:00

27 may 2016-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində 28 may-Respublika gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” mövzusunda konfrans keçirilmişdir.
    Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
           Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanları əməkdaşları, idarə, müəssisə rəhbərləri, ağsaqqallar və rayonun tanınmış ziyalıları iştirak etmişdir.
  Konfransı giriş sözü ilə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik Respublikanın Azərbaycanda yaradılmasını ölkəmizin dövlətçiliyi tarixində mühüm mərhələ olduğunu vurğulanmışdır. Qeyd olunmuşdur ki, fəaliyyət göstərdiyi 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində gördüyü işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra da xalqımızın azadlıq uğrunda mübarizəsi davam etmiş, 70 ildən sonra ölkəmiz öz dövlət müstəqilliyinə yenidən qovuşmuşdur. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə müstəqilliyimiz əbədi, sarsılmaz və dönməz xarakter almışdır.
           Konfransda  “Dəfinə” məktəb liseyinin tarix müəllimi Mürvət Abbasov məruzə ilə çıxış etmişdir. Həmçinin tədbirdə iştirak edən Masallı rayon Ağsaqqallar Şurasının sədr müavini Ələşrəf Niftiyev, Qızılavar kənd tam orta məktəbinin direktor müavini Lətifə Qənbərzadə, və başqaları çıxış edərək xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı şərəfli mübarizə yolundan, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə qazanılmış dövlətçilik təcrübəsindən söhbət açılmışlar və Ölkəmizin iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun artması Ulu Öndərimizin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi kimi qiymətləndirilmişlər.

Keçidlər