Şriftin ölçüsü :

Saytın rəngi :

Gəyəçöl kənd həkim məntəqəsinin açılışı

21 iyun 2016 | 16:00

21 iyun 2016-cı il tarixdə Dünya Bankının maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Masallı rayonunun Gəyəçöl kəndində həkim məntəqəsi üçün yeni binanın açılış mərasimi olmuşdur.
  Tədbirdə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, mərkəzi rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərov, AzKİL-in Direktor müavini-İcma İnkişafı Meneceri Gülbəniz Qənbərova, Dünya Bankının Azərbaycan üzrə nümayəndəsi Daniel Oven və kənd sakinləri iştirak etmişlər.
Mərasimdə çıxış edən Masallı RİHB-nın Gəyəçöl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Afərin Şükürov, təqaüdçü müəllim Vaqif Şükürov, Gəyəçöl kənd orta məktəbinin müəllimi Lalə Mustafayeva və başqaları bölgələrdə sosial problemlərin həlli, ucqar kəndlərdə tibbi xidmətin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində Masallıda böyük işlərin görüldüyünü diqqətə çatdırmış, bunun üçün Prezident İlham Əliyevə və rayon rəhbərinə dərin minnətdarlıqlarını bildirmişlər, son illərdə rayonda səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmışlar.
  Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov rəmzi lenti kəsərək həkim məntəqəsinin açılışını etmiş və otaqlarda yaradılmış şəraitlə tanış olmuşdur.
Tibb məntəqəsinin yeni binasının açılışı münasibətilə sakinləri təbrik edən icra başçısı burada çalışacaq tibb işçilərinə uğurlar arzulamışdır.
Rəsmi hissədən sonra mərasim rayon Mədəniyyət və turizm şöbəsinin özfəaliyyət kollektivlərinin, musiqi məktəbinin şagirdləri və Masallı şəhər Heydər Əliyev Mərkəzinin rəqs qruplarının konserti ilə başa çatmışdır.

Keçidlər