Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Bəbirləri qoruyaq!” adlı III yay düşərgəsi

27 iyul 2016 | 16:00

27 iyul 2016-cı il tarixdə Masallı şəhər Viləş Oteldə IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə  Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin “Qafqaz bəbirlərinin mühafizəsi” layihəsi çərçivəsində “Bəbirləri qoruyaq!” adlı III yay düşərgəsi başlayıb.

Düşərgənin məqsədi məktəb yaşlarından gənclərin ətraf mühit sahəsində maarifləndirilməsi, onlarda təbiətə sevgi hissinin formalaşdırılması və inkişaf etdirilməsi, Qafqaz bəbirinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayan məktəblilərin bu nadir növ haqqında məlumatlandırılması və  onun mühafizəsi işinin təbliğ edilməsindən ibarətdir.

“Bəbirləri qoruyaq!” adlı III yay düşərgəsində məktəblilər bu nadir növün qorunması, insan və ətraf mühit kimi mövzularda seminarlar, bəbirlərin yaşadığı təbii ərazilərə ekskursiyalar, müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak edəcəklər.

Keçidlər