Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda sünnət aksiyası

29 avqust 2016 | 16:00

29 avqust 2016-cı il tarixdə Xırmandalı ərazisində Masallı rayonn İcra hakimiyyəti və rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə sünnət aksiyası keçirilmişdir.
Aksiyaya ərazinin Xırmandalı, Ərəb və Hacıtəpə kəndlərindən olan uşaqlar qatılmışdır. Xırmandalı kənd həkim məntəqəsində aksiya üçün xüsusi otaq ayrılmış, əməliyyat üçün hazırlıq işləri görülmüşdür.
Aksiyada Masallı Rayon Mərkəzi Xəstəxanasının cərrahları və tibb işçiləri iştirak etmişlər.
Aksiya zamanı ümumilikdə 15 uşaq üzərində sünnət əməliyyatı aparmışdır.
Ərəb kənd sakini Nazim Vəliyev, Hacıtəpə kənd sakini Əlikram Əsədov, Xırmandalı kənd sakini Tapdıq Dövlətov və başqaları aksiyanın çox böyük xeyriyyəçilik missiyası olduğunu qeyd edərək tədbirin təşəbbüskarlarına öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər