Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Xəmsə” milli İntellektual oyunu

23 sentyabr 2016 | 16:00

23 sentyabr 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Masallı rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Xəmsə” milli İntellektual oyunu üzrə rayon birinciliyi keçirilib.
Tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən qayğıdan və respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış, tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir.“Xəmsə” Milli İntellektual oyununun keçirilməsində əsas məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğu bildirilmişdir.
             Rayon Birinciliyində  IX–XI sinif şagirdlərindən ibarət olan məktəb komandaları öz bilik-bacarıqlarını və intellektual səviyyələrini sınamışlar. Yarışın yekununda F.Xancanov adına Musaküçə kənd tam orta məktəbin  komandası I yerə, S.Tağıyev adına Digah 4 saylı tam orta məktəbin  komandası II yerə, Həsənli kənd tam orta məktəbin komandası isə III yerə çıxmışdır. Fərqlədiyinə görə isə R.Əlihəsənov adına şəhər 1 saylı tam orta məktəbin komandası diplomla təltif olunmuşdur.
Qalib gəlmiş bütün komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdır

Keçidlər