Şriftin ölçüsü :

Saytın rəngi :

Qaz dayandırılması

27 sentyabr 2016 | 16:00

28 sentyabr 2016-cı il tarixdə saat 10:00-dan 18:00-dək Masallı-2 QPS-dən qidalanan 10 yaşayış məntəqəsi (Ərkivan qəsəbəsi, Qəriblər,  Qızılavar, Allahyarli, Lürən, Gəyəçöl, Musaküçə, Seybətin, Səmidxan II, və Masallı şəhəri) olmaqla 19000-ə yaxın abonentin qaz təchizatı qaz təchizatı qaz tənzimləyici qurğuların fləns birləşmələrində və siyirtmələrdə aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar dayandırılacaqdır.

29 sentyabr 2016-cı il tarixdə saat 09:00-dan 18:00-dək Alvadı QPS-dən qidalanan 25 yaşayış məntəqəsi (Təzə Alvadı, Köhnə Alvadı, Böyük Xocavar, Binə Xocavar, Meşəkənarı, Banbaşı, Şərəfə, Təklə, Əhmədli, St Masallı, Çaxırlı, I Səmidxan, Məmmədxanlı, Həsənli, Köçəkli, Hacıtəpə, Təkdam, Xırmandalı, Ərəb, Eminli, Kürdəbaz, Qarğalıq, Qədirli, Xallıcallı və Yeddioymaq kəndləri) olmaqla 10000-dən artıq abonentin qaz təchizatı qaz təchizatı qaz tənzimləyici qurğuların fləns birləşmələrində və siyirtmələrdə aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar dayandırılacaqdır.

Keçidlər