Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Zəka” İntellektual bilik yarışı

21 oktyabr 2016 | 16:00

21 oktyabr  2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Masallı rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Zəka” intellektual bilik yarışı üzrə rayon  birinciliyi  keçirilmişdir.
     Tədbiri Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov açaraq ölkədə aparılan gənclər siyasətinin hədəflərini və gənclərin bu siyasətin həyata keçirilməsində fəal iştirakını, onların hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırıb.
      Olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilən   bilik yarışında intellekt sahibləri 3 mərhələ üzrə mübarizə aparmışlar. Bütün rəqiblərindən  üstün oyun sərgiləyən Bədəlan kənd tam orta məktəbinin komandası  bütün mərhələləri uğurla başa vuraraq  yarışın birincisi oldu. Ondan bir addım geri qalan S.Vurğun adına Türkoba kənd tam orta məktəbinin komandası yarışın ikincisi, C.Kazımov adına Qodman kənd tam orta məktəbin komandası isə yarışın üçüncüsü oldu.
         Rayon birinciliyində qalib gəlmiş bütün komanda üzvləri rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlarla təltif olunmuşlar.

Keçidlər