Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda XXII Ənənəvi Respublika turniri keçirilmişdir.

06 dekabr 2016 | 16:00

05-06 dekabr 2016-cı il tarixlərdə Masallı Olimpiya  Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Güləş  Federasiyası və  Masallı rayon  Gənclər  və  İdman  İdarəsinin birgə  təşkilatçılığı ilə  Azərbaycanın Respublikasının  əməkdar məşqçısı , SSRİ– idman ustası mərhum Nadir Yaqub oğlu Ağayevin  xatirəsinə həsr olunmuş yunan-roma güləşi idman növü üzrə yeniyetmələr arasında XXII ənənəvi Respublika turniri keçirilmişdir.
Tədbirin  açlış  mərasimində  Masallı  rayon  Gənclər  və  İdman  İdarəsinin rəisi  Camal Manafov çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət  qayğısından,  bu  sahədə  qazanılan uğurlardan Nadir  Yaqub oğlu Ağayevin  xatirəsinə həsr edilən yunan-roma güləşi üzrə keçirilən ənənəvi Respublika turnirin     əhəmiyyətindən  danışaraq idmançılara uğurlar diləmişdir.
Tədbirdə Masallı rayon İcra hakimiyyətinin İctimai-siyasi şöbəsinin baş məsləhətçisi Qəşəməm Hadıyev  çıxış edərək cənab başçı Rafil Hüseynovun adından gələn qonaqları və idmançıları salamlamış və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın bütün növlərinin, həmçinin güləş idman növünün  inkişafına diqqət və qayğı göstərildiyini vurğuladı.
       Tədbirdə Masallı rayon İcra hakimiyyətinin şəhər ərazi nümayəndəsi Kamal Mazanov çıxış edərək tədbirin təşkil olunmasında əziyyət çəkən bütün  insanlara öz dərin minnətdarlığını bildirərək, idmançılara uğurlar arzulamışdır
       Daha sonar tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Əməkdaşı Tofiq  Eyvazov, , Azərbaycan Güləş Federasiyasının vitse Prezidenti şöhrət ordenlı  Elçin Cəfərov çıxış edərək yarışın yüksək səviyyədə təşkilinə, idmançılar üçün yaradılan şəraitə görə öz minnətdarlığlarını bildirərək, güclərini  sınamaq  üçün  gəlmiş  bütün  güləşçiləri  təbrik  etmiş  və hər bir iştirakçıya uğurlar diləmişlər.
      İki gün davam edən turnirdə UGİM-ri , İdman cəmiyyətləri və İdman klublarından   15-dən artıq  komandadan 250 nəfər  idmançının  iştrak etdiyi yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom , medal və sponsorlar  tərəfindən qiymətli hədiyyələrlə təltif olunmuşdur.

Keçidlər