Şriftin ölçüsü :

Saytın rəngi :

Sığdaş hesabat

16 yanvar 2017 | 16:00

16 yanvar 2017-ci il tarixdə Sığdaş ərazisində Masallı rayon İcra hakimiyyəti başçısının Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsrafil Əliyevin hesabat yığıncağı keçirilmişdir.
  Hesabat yığıncağında məruzə ilə çıxış edən İ.Əliyev qeyd etmişdir ki,  Sığdaş kənd inzibati ərazi dairəsi mərkəzi Sığdaş kəndi olmaqla  Xanalion, Babakücə və Ninalov kəndlərini əhatə edir. Ərazinin ümumi sahəsi 1183 hektar, bundan 427 ha bələdiyyə, 143 ha kənd altı, 507 ha pay torpaqlarıdır, əhalisi 4112 nəfər, təsərrüfatların sayı 999 olmaqla 625 yaşayış evi vardır. 2016-cı ildə ərazi üzrə əhalinin sayı 20 nəfər artmış, 3 yeni fərdi yaşayış evi tikilmişdir.
Masallı rayon icra hakimiyyəti başçısının  Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi öz işini Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6  iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş  “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”ni rəhbər tutaraq qurmuşdur. Nümayəndəlikdə 2016-cı ildə görüləcək işləri sistemli və planlı şəkildə həyata keçirmək üçün illik və rüblük iş planı hazırlanmışdır.
Hesabat ilində nümayəndəlikdə səlahiyyətləri çərçivəsində 56 sərəncam verilmişdir. Nümayəndəlik sərəncamlarından irəli gələn vəzifələrin icrasına daim səy göstərmişdir. Sərəncamlar əsasən ərazinin sosial iqtisadi inkişafı, vətəndaşların qəbulu, onların təklif, ərizə və şikayətlərinə baxılması, kargüzarlığ işlərinin aparılması, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, ərazidə göstərilən tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması, təhsilin inkişafı, elektrik enerjisi haqqının yığılması, biçim yay və payız şumunun vurulması, qanunsuz tikililərin qarşısının alınması, yarana biləcək təbii fəlakətlərin qarşısının alınması, az yaşlı qızların erkən nigahlarının qurmasının qarşısının alınması, gənclərin həqiqi hərbi xidmətə çağırışı, tarixi gün və bayramların ərazidə keçirilməsi ilə bağlı olmuşdur.
Nümayəndəlik tərəfindən hər il 1 yanvar vəziyyətinə ərazidə olan fərdi yaşayış evləri üzrə tərrüfat başına uçot kitablarının göstəriciləri dürüstləşdirilmiş, habelə tərrüfat üzüvlərin və müvəqqəti yaşayan şəxslərin siyahısı aparılmışdır. Buna əsasən Azərbaycan Respublikası seçki məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq daimi seçki siyahısına daxil edilmək üçün ərazidə aktiv seçici hüququna malik olan seçicilərin siyahısı həmçinin respublikadan kənarda olan seçicilərin siyahısı da dəqiqləşdirilmişdir. Dürüstləşmə zamanı təsərrüfat başına kitablar üzrə 4112 nəfər əhali olmaqla ondan 2053 nəfəri kişilər, 2059 nəfəri qadınlardır  bunlardan 18 yaşdan yuxarı 1612 nəfərdir.
Nümayəndəlikdə vətəndaşların müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunu”nun tələbləri səviyyəsində baxılması daim diqqət mərkəzində olmuşdur. Müraciətlər üçün yazılı və şifahi kitablar açılmış və onların saxlanılması üçün qovluq açılmışdır.
    Nümayəndəliyə vətəndaşlar tərəfindən 59 müraciət daxil olmuşdur. Bu müraciətlərdən  29 yazılı və 30 şifahi müraciət olmuşdur.
   29 yazılı müraciətdən 5 müraciət vətəndaşların təsərrüfatdan ayrılması, 6 müraciət elektrik dirəklərinin dəyişdirilməsi, 12 müraciət qonşu münaqişəsi, 6 zəpt olunmuş torpaqların zəptdən azad olunması olmuşdur.
     30 şifahi müraciətdən 15 müraciət qonşu mübahisəsi, 5 müraciət ailədaxili, 5 müraciət ünvanlı sosial yardım, 5 müraciət isə elektrik dirəklərinin dəyişdirilməsi ilə bağlı olmuşdur.
      Ərazidə yuxarı rəhbər orqanlara vətəndaşlar tərəfindən 31 müraciət ünvanlanmışdır.
      (Bu barədə geniş açıqlama Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi Hacırıza Nağıyev  verəcəkdir)
       Sığdaş ərazi nümayəndəliyində  kargüzarlıq işləri “Dövlət hakimiyyət orqanlarında idarə, təşkilat müəssisələrində kargüzarlığa dair” təlumatın tələbləri səviyyəsində aparılmışdır. Nümayəndəliyə müxtəlif təşkilatlardan 17 sənəd  daxil olmuşdur.  Daxil olan sənədlər təsnifatı üzrə qruplaşdırılmış, məlumat tələb olunanlara cavab hazırlanaraq  göndərilmiş, digərləri isə rəhbərlik üçün işə qəbul edilmişdir. Göndərilən sənədlərin qeydiyyatı kitabı və surətlərinin saxlanması üçün qovluq açılmışdır.
         “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının “Ailə məcəlləsinə” əsasən nümayəndəlik tərəfindən Vətəndaşlıq  Vəziyyəti Aktların Dövlət qeydiyyatı aparılır.
Sığdaş  İnzibati Ərazi dairəsi üzrə nümayəndəlikdə 2016-cı ildə 18 doğum,  22 ölüm faktlarının qeydiyyatı aparılmışdır. Bəzi hallarda isə vətəndaşların səhlənkarlıqları nəticəsində doğum və ölüm faktlarının qeydiyyatların aparılmasında gecikmələrə yol verilmişdir. Məlum olduğu kimi, Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən, Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizəyə tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da əlavə etməlidirlər. Bu arayışın təqdim olunmadığı hallarda nigahın bağlanması mümkün olmur, buna görədə nümayəndəlik tərəfindən 2016-cı ildə bir nigah qeydə alınmışdır.
         Nümayəndəlik tərəfindən Azərbaycan Respublikası “Ailə Məcəlləsi” əsas tutularaq ərazidə az yaşlı qızların erkən nigahlarının qarşısının alınması bir vəzifə olaraq daim diqqət mərkəzində olmuşdur.
        Azyaşlı qızların erkən nigahlarının qarşısının alınmasından ötrü ərazinin ziyalıları, ağsaqqalları və ictimaiyyətin  digər nümayəndələri ilə yığıncaq keçirilmiş bu barədə lazımi tədbirlər görülmüşdür. Bununla yanaşı azyaşlı qızlarını nişanlayan valideynlərlə söhbətlər aparılmış, mövcud qanunvericilik bir daha onların nəzərinə rəsmi çatdırılmışdır. Onlar barəsində hüquq mühafizə orqanlarınada məlumat verilmişdir.
     Nümayəndəlik tərəfindən ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyəti, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayış xarakterli sənədlər verilmişdir. Verilmiş arayış və sənədlər normativ hüququ aktlara istinad olaraq təqdim edilmişdir.
      Dövlətimiz hər zaman gənc nəslin təlim-tərbiyəsinə diqqətlə yanaşır.
Bildiyimiz kimi yetişməkdə olan nəslin inkişafında təhsil müəssisələrinin müstəsna rolu vardır. Ərazidə 1 tam orta,  1 ümumi orta məktəb fəaliyyət göstərir. Məktəblərdə 464 şagird təhsil alır, onların təlim tərbiyəsi ilə 49 müəllim məşğul olur.
Nümayəndəlık tərəfindən “Təhsil haqqında” Qanunun yerinə yetiriməsinə nəzarət edilməklə şagirdlərin dərsə davamiyyətinə məktəb kollektivinə yaxından köməklik göstərilir. Hər iki məktəbdə 1-9 siniflərdə şagirdlərin dərsə davamiyyəti 90-95 faiz təşkil etsədə yuxarı siniflərdə davamiyyət aşağı səviyyədədir. 2015-2016-cı  tədris ilində 11 ci sinifi bitirmiş 22 məzundan 5 nəfər ali məktəbə, 4 nəfər orta ixtisas məktəblərinə  daxil olmuşdur. 
       Ərazidə hal-hazırda iki feldşer-mama məntəqəsi fəaliyyət göstərir, feldşer-mama məntəqəsi tərəfindən hesabat ilində uşaqlar arasında lazım olan peyvəndlər aparılmışdır. Bunun nəticəsində uşaqlar arasında hər hansı xəstəlik müşahidə olunmamışdır.
Sığdaş feldşer-mama məntəqəsi köhnə məktəb binasının uyğunlaşdırılmış otaqlarında fəaliyyət göstərsə də, normal iş şəraiti vardır. Lakin, Xanalion kənd feldşer-mama məntəqəsinin binası olmadığından məcburiyyət qarşısında ev şəraitində fəaliyyət göstərir. Ümidvarıq ki, rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun qayğısı nəticəsində bu məsələ öz həllini tapacaqdır.
       Ərazidə oxucu kütləsinə xidmət göstərən 1 kitabxana vardır. Kitabxana Sığdaş kəndində  fəaliyyət göstərir.
       Ərazi nümayəndəliyinin mühüm vəzifələrindən biridə gənclərin Ordu sıralarına yola salınmasıdır. Cari ildə bu sahədə müəyyən işlər görülmüşdür. Diqqətinizə çatdırmaq istəyirəm ki, Qarabağ uğrunda döyüşlərdə 6 gəncimiz şəhid və 6 gəncimiz isə əlil olmuşdur. Şəhid ailələri və Qarabağ əlilləri həmişə qayğı ilə əhatə olunur. Müqəddəs gün və bayramlarda  onların xatirələri daima  əziz tutulur, bundan sonra da onlara diqqətlə yanaşılacaqdır. Nümayəndəlik tərəfindən ardıcıl tədbirlər həyata keçirilməsinə baxmayaraq hələ də 26 nəfər gənc Respublikadan kənarda olmaqla həqiqi-hərbi xidmətdən yayınır ki, bu da Azərbaycan gəncliyinə yaraşmayan haldır, həmin gənclərin Rusiya Fedrasiyasından gətirilərək Ordu sıralarına yola salınmaqdan ötrü ərazinin ziyalılarından və ağsaqqallarından istifadə edirik.
       Ərazidə telekommunikasiya xidməti üçün elektron ATS quraşdırılması nəzərdə tutulmuşdur. Hazırda ərazidə internet istifadəçilərinin sayı 165 abonentə çatmışdır. Lakin bu sahədə çatışmamazlıqlar mövcuddur . Yararsız dirəklərin dəyişdirilməsinə ehtiyac vardır. Bu barədə rayon Telekommunikasia qovşağına müraciət olunmuşdur.
       Ərazidə elektik enerjisindən istifadə edən 685 abonent vardır.Sərf olunan enerji haqqlarının yığılmasında çətinliklər olmasada elektrik təsərrüfatındada çatışmamazlıqlar vardır.Elektrik dirəklərində və naqillərin yararsız halda olması xırda təbiət hadisələri baş verdiyi zaman qısaqapanmalar nəticəsində enerjinin verilməsində problemlər yaranmasına səbəb olur.
       Məlumat üçün bildiririk ki, ərazinin Ninalov kəndi istisna olmaqla ərazinin digər 3 kəndinə qaz xətləri çəkilmiş sayğaclar quraşdırılmış və mavi yanacağın verilməsi üçün hazır vəziyyətə gətirilmişdir. Yaxın günlərdə həmin kəndlərə qaz verlişinin açılışını qeyd edəcəyik. Ümid edirik ki, cari ildə ərazinin Ninalov kəndinində qazlaşdırılmasına nail olacağıq.
         Ərazidə əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Hesabat ilində xüsusi təsərrüfatlarda  iri buynuzlu mal-qaranın sayı 1703 baş, xırda buynuzlu mal-qaranın sayı isə 1905  baş olmuşdur ki, buda keçən illərə nisbətdə artmışdır. Buna baxmayaraq heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması, daha məhsuldar heyvan əldə olunması üçün mövcud tədbirlərdən tam istifadə olunmur. Ərazidə cins mal-qaranın əldə olunması üçün lazımı tədbirlərin görülməsi barədə rayon Baytarlıq şöbəsi ilə söhbət aparılmışdır.
       Ərazidə mal-qaranın sayının artmasına baxmayaraq əhali ənənəvi əkinçilikdən çox uzaq düşmüş, bu da onu göstərir ki, torpaqlardan səmərəli istifadə olunmur. Ərazi üzrə 689 ha yararlı pay torpaq sahəsindən 2016-cı ilin məhsulu üçün 110 ha əkin aparılmış, bundanda 100 ha buğda, 10 ha arpa  əkilmişdir ki, buda məqbul sayıla bilməz. Bələdiyyə mülkiyyətinə aid torpaq sahələri ayr-ayrı vətəndaşlar tərəfindən zəbt edilərək qanunsuz istifadə olunmuş, yaşayış evləri tikilmişdir. Ən acınacaqlı hal odur ki, pay torpaqlarında qanunsuz yaşayış evləri tikilmiş, hələdə buna cəhd göstərilir. Buda ərazidə torpaq problemi yaradır .Təvəzökarlıq olsada qeyd etməliyəm ki, rayon icra hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun Sığdaş ərazisinin sakinlərinə isti münasibəti nəticəsində bir çox işlər görmüşdür. Bu  işlərdən ən böyüyü ərazidə çayçılığın inkişafıdır. Ərazidə çayçılığı inkişaf etdirmək məqsədilə əlaqədar 50 hektar yeni çay plantasiyası salınması nəzərdə tutulmasına baxmayaraq, ərazi nümayəndəsi tərəfindən 65 hektar torpaq sahəsi  müəyyənləşdirilmiş, həmin torpaq sahibləri ilə görüşlər keçirilmiş, onlardan ərizələr və digər lazımi sənədlər alınmışdır. Həmin torpaq sahələri çay əkilməsi üçün hazır vəziyyətə gətirilmişdir. Bu da gələcəkdə yeni iş yerlərinin açılması və işsizliyin aradan qaldırılması deməkdir. Məlumat üçün bildirirəm ki, keçmiş sovetlər dövründə Sığdaş ərazisində 110  hektar çay sahəsi mövcud olmuşdur. Bu sahədə də  400  nəfərə qədər işçi çalışmışdır. 
       Respublikamızda azad sahlbkarlığa yaradılmış şərait nəticəsində ərazidə sahibkarlığın lnkişafına böyük təsir göstərmişdir. Ərazidə 10 ictimai-iaşə obyekti fəaliyyət göstərir, burada 15 nəfərə yaxın işçi işləyir.
      2016-cı ildə ərazidə  kənd ara yollar təmir olunaraq çınqıl tökülmüş, Xanalion-Bədəlan mərkəzi yolu təmir olunmuşdur. Yerli əhəmiyyətli məsələlərin həllində  nümayəndəlık tərəfindən bələdiyyəyə yaxından köməklik göstərilir, qarşıya çıxan bütün problemlərin həllinə birlikdə səy göstərilir, Bələdiyyə ilə birlikdə bir sıra işlər görülsədə yerli əhəmiyyətli məsələlərin həllində işimiz qənaətbəxş deyildir. Bununda ən böyük səbəbi bələdiyyə büdcəsinin əsasını təşkil edən resurslardan tam istifadə olunmaması və bələdiyyə büdcəsinin kəsirlə yerinə yetirilməsidir. Bələdiyyələr  tərəfdən əmlak vergisinin yığılmamasının bir səbəbidə vətəndaşlara verilmiş bildirişlər əsasında vergilərin vaxtında ödənilməməsidir. Bunuda qeyd etmək lazımdır ki, ərazidə daşınmaz əmlakın sığorta olunması ilə bağlı maarfləndirmə işinin aparılmasına baxmayaraq vətəndaşlar bu məsələyə biganə yanaşır, buda təbii fəlakətlər və gözlənilməz yanğınlar  nəticəsində vətəndaşların pis vəziyyətə düşməsinə gətirib çıxarır.
        2016-cı ilin yadda qalan hadisələrindən biridə Azərbaycan Respublikasında  Konstitutsiyaya dəyişiliklərlə bağlı Referendumun keçirilməsi olmuşdur . Ərazi nümayəndəliyi Referendemun yüksək səviyyədə keçirilməsi üçün seçki  məntəqələrinin lazimi avadanlıqlarla təhciz etmiş, aktiv səs vermə hüququna malik  seçicilərin siyahısı dəqiqləşdirilişdir. Ərazi sakinləri həmişə dövlətimizə və dövlətçiliyimizə sədaqətlərini nümayiş etdirmişdir. 
        Azərbaycan Respublikasının Konstitutsiyasında dəyişiklik etmək üçün Referendum  Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq mütəşəkkil və demokratik keçirilmişdir.
Gördüyümüz işlərlə yanaşı görəcəyimiz işlər və qarşıda duran vəzifələrimizdə çoxdur. Sığdaş kəndində yeni EATS binasının tikilməsi və yararsız  rabitə dirəklərinin dəyişdirilməsi, Xanalion kəndində feldşer-mama məntəqəsinin inşa olunması, ərazinin Ninalov kəndinin  mavi yanacaqla təmin edilməsi, ərazidə elektrik xətlərinin və dirəklərinin, həmçinin transformatorların təmir edilməsi və dəyişdirilməsi, Sığdaş kəndinin mərkəzi yolunun kəndin girişindən “Mürsəli ocağı”na qədər olan hissəsinin gecə işıqlandırma sistemi ilə təmin olunması, Xanalion-Bədəlan mərkəzi yolunun asfalt örtüyü ilə təmir olunması, kənd ara yolların təmir edilməsi, kənd təsərrüfatı üzrə yeni əkinçilik strukturunun yaradılması, zəbt edilmiş torpaqların zəbtdən azad olunması və bu kimi məsələlərin həlli qarşıda duran vəzifələrimizdir.

Keçidlər