Şriftin ölçüsü :

Saytın rəngi :

Həsənli hesabat

16 yanvar 2017 | 16:00

16 yanvar 2017-ci il tarixdə Həsənli ərazisində Masallı rayon İcra hakimiyyəti başçısının Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəzir Hüseynovun hesabat yığıncağı keçirilmişdir.
   Hesabat yığıncağında məruzə ilə çıxış edən V. Hüseynov qeyd etmişdir ki,  Həsənli inzibati ərazi dairəsi mərkəzi Həsənli kəndi olmaqla, Köçəkli, Təkdam, Məmmədxanlı kəndlərini əhatə edir.Ərazinin ümumi sahəsi 1975 hektar,əhalisi 6363 nəfər, təsərrüfatların sayı 1552 olmaqla 999 yaşayış evi vardır.
       Masallı rayon İcra Hakimiyyəti başçısının Həsənli kənd inzibati  ərazi numayəndəliyi öz işini , Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında Əsasnaməni" rəhbər  tutaraq işini qurmuşdur.Nümayəndəliyin fəaliyyətini özündə əks etdirən illik və rüblük iş planları hazırlanmışdır. Nümayəndəlikdə "Vətəndaşların müraciətləri  haqqında  Azərbaycan Respublikası Qanunu"nun tələbləri səviyyəsində baxılmasına səy göstərilmişdir.
        Hesabat ilində numayəndəlikdə səlahiyyətlər çərçivəsində 64 sərəncam verilmiş,icrasından ötrü tədbirlər planı hazırlanmışdır. Onlardan  1-i  2016-cı ilin ,, Milli kulturalizim” ili elan edilməsi ilə bağlı, 18 -  i əhalinin sosial problemlərinin həlli , 3 -ü ərazidə abadlıq-quruculuq işlərinin aparılması, 7 - i kütləvi tədbirlər keçirilməsi,  2-i   vətənpərvərlik, 2-i  erkən nigah, 1-i əkin barədə, 1-i biçin barədə,            1-i  yeni il və həmrəyliklə bağlı,1-i bələdiyyə ilə əlaqəli işin təşkili barədə, 1-i ərazidə qeyri-qanuni tikililər barədə,  3-ü təhsillə bağlı, 2-i həqiqi hərbi xidmətə çağırışla bağlı,   2 –i soyqırımla bağlı (31 mart,Xocalı), 3-ü ərazidə abadlıq işləri ilə bağlı,     2-i gənclərin asudə vaxtları ilə bağlı,  1-i tibbi xidmətlə bağlı,13 -ü bayramlara aid edilmişdir. Nümayəndəlik sərəncamlarından irəli gələn vəzifələrin icrasına daim səy göstərmişdir.
         Nümayəndəlik tərəfindən hər il 1 yanvar vəziyyətinə ərazidə olan fərdi yaşayış evləri üzrə təsərrüfat başına uçot kitablarının rekvizitləri dürüstləşdirilmiş,habelə təsərrüfat üzvlərin və müvəqqəti yaşayan şəxslərin siyahısı aparılmışdır.Buna əsasən Azərbaycan Respublikası seçki məcəlləsinin müvafiq  madələrinə uyğun olaraq daimi seçici siyahısına daxil edilmək üçün ərazidə aktiv seçici hüququna malik olan seçicilərin siyahısı , həmçinin respublikadan kənarda olan seçicilərin siyahısı belə dəqiqləşdirilmişdir.Dürüstləşmə zamanı təsərrüfat başına kitablar üzrə 6363 nəfər əhali olduğu halda bundan 0-6 yaş 845 nəfər (ondan ərazidə 586 nəfər, Respublika daxilində 250 nəfər,  9 nəfər isə xaricdə yaşayır) , 6-18 yaş 1430 nəfər (ondan 830 nəfər ərazidə, 570 nəfər Respublika daxilində,  30  nəfər isə xaricdə yaşayır), 18 yaşdan yuxarı  4088  nəfər (ondan 2720 nəfər ərazidə, 1279 nəfər  Respublika daxilində, 89 nəfər isə xaricdə  yaşayır)   müəyyən edilmişdir.
         Nümayəndəliyə vətəndaşlar tərəfindən 31 şifahi müraciət daxil olmuşdur. Daxil olan   şifahi şikayətlərin 3-ü ünvanlı sosial yardımla  bağlı, 4-ü telefon xəttinin qırılması ilə bağlı , 5-i  transifarmator və elektirik xəttinin qırılması ilə bağlı, 1- i həyətində elektirik dirəyinin aşması ilə bağlı  ,1-i iş istəməsi ilə bağlı, 3- ü  ailə daxili mübahisə ilə bağlı, 2-i həyətyanı torpaq sahəsi istəməsi ilə bağlı,4-ü həyətinin və evinin  yağış süyunun basması ilə bağlı,2-i  Qonşu tərəfindən yola zibil və peyin tğkülməsi ilə bağlı, 1-i Evinə gedən yolunun qonşusu tərəfindən kəsilməsi ilə bağlı, 2-i küçələrinə qum tökülməsi ilə bağlı, 1-i payıbəlli torpaq üstündə münaqişə ilə bağlı, 2-si isə  suaparıcı arxın təmizlənməsi ilə  əlaqədardır. Şifahi şikayətlər tərəfimizdən vaxtında  araşdırılaraq müsbət həll olunmuşdur.
             Nümayədəlik tərəfindən kargüzarlıq işləri "Dövlət hakimiyyət orqanlarında idarə,təşkilat müəssisələrində kargüzarlığa dair" təlimatın tələbləri səviyyəsində aparılmışdır.Nümayəndəliyə müxtəlif təşkilatlardan 40  məktub daxil olmuşdur.Daxil olan sənədlər təsnifatı üzrə qruplaşdırılmış,məlumat tələb olunanlara cavab hazırlanaraq göndərilmiş,digərləri isə rəhbərlik üçün işə qəbul edilmişdir.
Göndərilən sənədlərin qeydiyyatı kitabi və surətlərinin saxlanması üçün qovluq açılmışdır.
        "Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə"yə və Azərbaycan Respublikasının "Ailə məcəlləsinə" əsasən nümayəndəlik tərəfindən vətəndaşlıq vəziyyəti aktların dövlət qeydiyyatı aparılır.
         Həsənli İnzibati Ərazi dairəsi üzrə nümayəndəlikdə 2016-ci ildə    76 doğum, 10  nikah, 30 ölüm faktlarının qeydiyyatı aparılmışdır. Nigah faktlarının qeydiyyatı zamanı hər hansı müddət pozğunluğuna yol verilməmiş,rüsum haqları vaxtında ödənilmişdir.Bəzi hallarda isə vətəndaşların səhlənkarlıqları nəticəsində doğum və ölüm faktlarının qeydiyyatların aparılmasında gecikmələrə yol verilməmişdir.          Nümayəndəlik tərəfindən Azərbaycan Respublikası "Ailə Məcəlləsi" əsas tutularaq  ərazidə az yaşlı qızların erkən nikahlarının qarşısının alınması bir vəzifə olaraq daim diqqət mərkəzində olmuşdur.
       Az yaşlı qızların erkən nikahlarının qarşısının alınmasından ötəri ərazinin ziyalıları,ağsaqqları və ictimaiyyətin  digər nümayəndələri ilə yığıncaq kecirilmiş bu barədə lazımi tədbirlər görülmüşdür.Bununla yanaşı azyaşlı qızlarını nişanlayan 4 ailə başçısı ilə söhbətlər aparılmış,mövcud qanunvericiliy bir daha onların nəzərinə rəsmi çatdırılmış və  onlar barəsində hüquq mühafizə orqanlarınada məlumat verilmişdir.
      Nümayəndəlik tərəfindən ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyəti,ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayış xarakterli sənədlər verilmişdir.Verilmiş arayış və sənədlər normativ hüququ aktlara istinad olaraq təqdim edilmiş və surətləri nümayəndəlikdə saxlanmışdır.
     Hesabat ilində nümayəndənin xəzinədarlıq işlərində heç bir yanlışlığa yol verilməmişdir. Belə ki, büdcədən ayrılmış 76239.80  manat vəsait     tam təyinatı üzrə xərclənmiş, fiziki şəxslərdən gəlir vergisi ¬¬¬¬¬ 1843.37  manat  olmuşdur.
      Dövılətimiz hər zaman gənc nəslin təlim-tərbiyəsinə diqqətlə yanaşır.
      Bildiyimiz kimi yetişməkdə olan nəslin inkişafında təhsil müəssisələrinin müstəsna rolu vardır.Ərazidə 2 ümumi orta və 2 tam orta məktəb fəaliyyət göstərir.Məktəblərdə  696  şagird təhsil alır,onların təlim tərbiyəsi ilə  88 müəllim məşğul olur.
      Nümayəndəlik tərəfindən "Təhsil haqqında" Qanunun yerinə yetirilməsinə nəzarət etməklə şagirdlərin dərsə davamiyyətinə məktəb kollektivinə yaxından köməklik göstərilir.Məktəblərdə 1-9 siniflərdə şagirdlərin dərsə davamiyyəti 90-95 faiz təşkil etsədə, yuxarı siniflərdə davamiyyət aşağı səviyyədədir. 2015-2016-ci  tədris ilində 11-ci sinifi bitirmiş 46 məzundan 11 nəfər ali məktəbə, 5 nəfər isə kolleclərə daxil olmuşdur. O cümlədən 1-i 630, 5-i 500-dən çox bal toplamışdır
       Ərazidə 1 həkim məntəqəsi fəaliyyət göstərir. Həkim məntəqəsində 2 ailə həkimi , 1 stamtoloq ,2 mama  , 6 orta tibb işçisi , 5 kiçik tibb bacısı nümunəvi tibbi xidməti göstərir. Həkim məntəqəsi tərəfindən hesabat ilində 1 yaşdan 6 yaşa qədər uşaqlar arasında lazım olan peyvəndlər aparılmışdır. Ərazidə uşaqlar arasında  ümumilikdə  1288   peyvənd  aparılmışdır.   Bunun nəticəsində uşaqlar arasında göy öskürək, diftria, hepotit, tetanus və qızılca kimi xəstəliklər müşahidə olunmamışdır.
      Ərazidə oxucu kütləsinə xidmət edən 2 kitabxana vardır. Kitabxanalardan 1-i Həsənli kənd ərazi nümayəndəliyində 1-i isə Köçəkli kəndində yerləşir. Ərazidə fəaliyyət göstərən klub RİHB-sı cənab Rafil Hüseynovun dəstəyi ilə hesabat ilində əsaslı təmir edilmişdir.Klub və kitabxanalarda əsasən mütamadi olaraq mədəni-kütləvi tədbirlər keçirilir.
Qeyd etməliyəm ki,ərazimizdə aparılan abadlıq və sosial quruculuq işləri ilə yanaşı ərazi nümayəndəliyinin mühüm işlərindən biri gənclərin Milli Ordu sıralarına hazırlanıb yola salınmasıdır. 2016-ci ildə bu sahədə müəyyən işlər görülmüşdür.Gördüyümüz tədbirlər nəticəsində ərazimizdə 36 - nəfər hərbi xidmətə göndərilmiş  və hərbi xidmətdən yayınma halları olmayıb lakin  2 nəfər gənc Respublikamızdan kənarda yaşamasına görə hərbi xidmətə göndərilməmişdir.  Təkcə bir faktı qeyd etmək lazımdır ki , "gənclərin Hazır ol " hərbi baxışı müsabiqəsində ərazimiz nümunəvi yer tutmuşdur.Diqqətinizə çatdırmaq istəyirəm ki, Qarabağ uğrunda döyüşlərdə 13 gəncimiz şəhid və 16 gəncimiz isə əlil olmuşdur. Şəhid ailələri və Qarabağ əlilləri həmişə qayğı ilə əhatə olunur.
Müqəddəs gün və bayramlarda Rayon İcra hakimiyyəti tərəfindən onların xatirələri daima əziz tutulur, bundan sonra da onlara diqqətlə yanaşılacaqdır.
    Ərazidə telekommunikasiya xidməti üçün electron ATS quraşdırılmış, sürətli internet xəttindən istifadə olunur.Hazırda ərazidə internet istifadəçilərinin sayı 650 abonentə çatmışdır. Lakin bu sahədə çatışmamazlıqlar mövcuddur. Belə ki, rabitə naqillərinin təmir edilməsinə, yararsız dirəklərin dəyişdirilməsinə ehtiyac vardır. Bu barədə rayon Telekommunikasiya qovşağına müraciət olunmuşdur.
       Ərazidə elektrik enerjisindən istifadə edən 937 abonent vardır. Sərf olunan enerji haqqlarının yığılmasında çətinliklərimiz vardır.  Elektrik dirəklərinin və naqillərin yararsız halda olması xırda təbiət hadisələri baş verdiyi zaman qısaqapanmalar nəticəsində enerjinin verilməsində problemlər yaranmasına səbəb olur. Belə halların aradan qaldırılması üçün rayon EŞ-nə nümayəndəlik tərəfindən yaxından köməklik göstərilmişdir.
    Ərazidə əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Hesabat ilində xüsusi təsərrüfatlarda iri buynuzlu mal-qaranın sayı 
2361 baş , xırda buynuzlu mal-qaranın sayı 3188 baş olmuşdur ki, bu da keçən illərə nisbətən artmışdır. Buna baxmayaraq heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması, daha məhsuldar heyvan əldə olunması üçün mövcud tədbirlərdən tam istifadə olunmur. Ərazidə cins mal-qaranın əldə olunması üçün lazımı tədbirlərin görülməsi barədə rayon Baytarlıq şöbəsi ilə söhbət aparılmışdır. Ərazi üzrə 1249  ha yararlı torpaq sahəsindən 2016-ci  ilin məhsulu üçün 1196 ha əkin aparılmış, bundan da 700 ha buğda, 150 ha arpa, 65 ha vələmir, 20 ha yonca, 60 ha tərəvəz ,  63 ha bostan və 105 ha sahədə isə sairbitkilər əkilmişdir. Qeyd etməliyəm ki,   ərazimizdə əkilməyən sahə olmur. Kənd təsərrüfatı məhsulları istehsalının istiqmətinin dəyişdirilməsi , daha sərfəli və rayon  üçün ənənəvi tərəvəz məhsulları istehsalına  keçilməsi artıq  günün tələbinə çevrilmişdir.
          Fermerlərimiz bu  məsələyə ciddi yanaşmalı , kooperativlər  yardaraq təsərrüfatları genişləndirməli , rayon aqrolizinqinin imkanlarından istifadə etməlidirlər.
          Ərazimizdə kənd təsərrüfatı təyinatlı sahələrin  çox  az olmasına  baxmayaraq ,hələ  də əkilməmiş pay  torpaqlarımız  qalır  ki, bu  çox  böyük  təəsüf  doğurur. Pay torpaqlarından kənd  təsərrüfatı məqsədləri  üçün düzgün  istifadə  olunmamasına görə böyük məbləğdə cərimələr nəzərdə tutulmuşdur. Milli məclisin qəbul etdiyi yeni qanuna əsasən uzun müddət  istifadə olunmayan pay torpaqları dövlətə qaytarılacaqdır.
           Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş kənd təsərrüfatının inkşafının Strateji Yol Xəritəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalında və bu məhsulların istehsalı üçün göstərilən dövlət yardımlarının verilməsində rayonlaşma prinsipi əsas götürülür. Bu o deməkdirki, hər bir rayon üçün xarakterik olan kənd təsərrüfatı məhsullarının əkilməsi və inkşaf etdirilməsi nəzərdə tutulur. Masallı rayonunda çayçılığın və tərəvəzçiliyin inkşaf etdirilməsi strateji məqsəd kimi qarşıya qoyulur. Bu məqsədlə regionlarda vətəndaşlardan kənd təsərrüfatı məhsullarını tədarük edən Ərzaq Təhcizatı və Tədarükü Açıq səhimdar cəmiyyəti yaradılır ki, cənub regionunda mərkəz Masallı rayonunda yerləşir. Kənd təsərrüfatı məhsulları istehsal edən hər bir vətəndaş qabaqcadan müqavilə bağlamaqla tədarük etdiyi məhsulu bu təşkilata rahat şəkildə satmaq imkanı qazanır.
        Bələdiyyə və nümayəndəlik tərəfindən görülmüş tədbirlər nəticəsində zəbt olunmuş 8,76 ha torpaq sahəsindən 3,75 ha-sı zəbtdən azad etdilmişdir.
     Tərəfimizdən 50 nəfər bələdiyyə torpağında 18 nəfər isə pay torpağında qanunsuz ev tikən vətəndaşlar barəsində inzibati tədbir görülməsindən ötrü məhkəməyə və əmlak komitəsinə müvafiq sənədlər gödərilmiş, lakin bu günə kimi heç bir tədbir görülməmişdir.                                       
     Təvazökarlıq olsada qeyd etməliyəm ki,rayon İcra hakimiyyətinin  başçısı cənab Rafil Hüseynovun Həsənli ərazisinin sakinlərinə isti münasibəti nəticəsində bir çox işlər görmüşdü.Belə ki ,ərazidə 6000 metrdən artıq su aparıcı arxların yenidən bərpasını və Həsənli kənd klubunu əsaslı təmirini göstərmək olar.
Respublikamızda azad sahibkarlığa yaradılmış şərait də ərazidə də sahibkarlığın inkişafına böyük təsir götərmişdir.Ərazidə 1 dəmirçi,15 mağaza-dükan , 1 plastik qapı-pencərə ,1metlag istehsalı kərxanası, 1 avtomobillərin təmiri emalatxanası, 5 iaşə obyekti fəaliyyət göstərir,burada 45 nəfərə yaxın işçi işləyir.
     Bələdiyyə ilə işlərin səmərəli təşkili,yerli əhəmiyyətli məsələlərin birgə həll edilməsinə nümayəndəlik tərəfindən bələdiyyəyə yaxından köməklik göstərilir,qarşıya çıxan bütün problemlərin həllinə birlikdə səy göstərilir,Bələdiyyə ilə birlikə ¬¬¬  700 metr  kənddaxili yola çınqıl tökülmüş,istirahət mərkəzi təmir edilmiş,sadə idman qurğuları qurulmuşdur.
         Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil Hüseynovun qayğısı nəticəsində Dünya Bankının vəsaiti hesabına ərazidə 30 km.qədər kənd daxili yollara çınqıl döşənmişdir.
      Rayon qadınlar şurasının,rayon hüquq mühafizə orqanlarının ərazi məktəblərində və ərazi sakinləri ilə apardıqları mütəmmalı görüşlərin nəticəsində az yaşlı qızların ərə verilməsi və erkən nikahların olmasi halları hesabat ilində demək olar ki,müşahidə olunmamışdır.Doğrudur ərazidə qeydiyyatda olmasına baxmayaraq, Respublikanin digər guşələrində yaşayan vətəndaşlar arasında bu halın baş verməyinə cəhdlər edilmişdir. Lakin bu barədə aidatı hüquqi orqanlara tərəfimizdən vaxtinda məlumat verilərək məsələnin qarşısı vaxtında alınmışdır.
Ərazidə məktəbə qədər təhsilin səviyyəsini artırmaq məqsədi ilə Həsənli kənd uşaq bağçasında 3 qrupa 60 uşaq qəbul edilmişdir. Onların təlim tərbiyəsi ilə  7 tərbiyəçi müəllimə məşğul olur.Ötən ildə uşaq bağçasında uşaqların rahatlığı və onlara xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə Rayon İcra Hakimiyyətinin xətti ilə paltaryuyan maşın,komputer dəsti,televizor,yeni kravatlar və yataq destləri verilmişdir.Lakin uşaq bağçası 1975-ci ildə istifadəyə verilmiş qəza vəziyyətdə olan kecmiş müəllimlər evində yerləşdiyindən aparılan tədris və xidmət işlərinin keyfiyyəti aşaği səviyyədə olur.
     Ərazidə yeni uşaq bağçasının tikintisi üçün tərəfimizdən  torpaq sahəsi ayrılmasına baxmayaraq yeni bağçanın tikintisi hələ də gecikdirilir.
    Hesabat dövründə sakinlərin mənəvi tərbiyəsi ilə bağlı,el adətlərinin yaşaması,dini dəyərlərin qorunması sahəsinədə tərəfimizdən diqqət yetirilmişdir.
      Ərazidə olan məscidlərin 4-də də dini icmalar yaradılmaqla,məscidlərdə axundlar Rayon Qazisinin razılığı ilə fəaliyyət göstərirlər.Ərazidə bütün dini mərasimlər  aparılan təbliğatın müsbət nəticəsində tam şəri çərçivədə olmaqla yerinə yetirilir.     
       2016-ci ilin yadda qalan hadisələrindən biri də Azərbaycan Respublikasında keçirilən Referendium  olmuşdur. Ərazi nümayəndəsi seçkilərin yüksək səviyyədə keçirilməsi üçün məntəqələrin lazımı avadanlıqlarla təhciz etmiş, səs vermə hüququ olanların siyahısı dəqiqləşdirilərək məntəqələrə verilmişdir. Ərazi sakinləri həmişə dövlətimizə və dövlətçiliyimizə sədaqətlərini nümayiş etdirmişdir.
      Gördüyümüz işlərlə yanaşı görəcəyimiz işlər və qarşıda duran vəzifələrimiz də çoxdur. Belə ki,  yararsız elektrik və rabitə dirəklərinin dəyişdirilməsi, kənd təsərrüfatı üzrə yeni əkinçilik strukturunun yaradılması, zəbt edilmiş torpaqların zəbtdən azad olunması və bu kimi məsələlərin həlli qarşida duran vəzifələrimizdir.

Keçidlər