Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı harayı” Tarix Diyarşünaslıq muzeyində

21 fevral 2017 | 16:00

21 fevral 2017-ci il tarixdə Masallı rayon Tarix Diyarşünaslıq Muzeyində Xocalı faciəsi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri muzeyin direktoru Əntiqə Tağıyeva açmış, Xocalı faciəsi barədə danışmışdır.
Tədbuirdə Masallı rayonunun R. Əzizov adına I Yeddioymaq kənd  tam orta məktəbinin  müəllimvə  şagirdləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə muzeyin foyesində Xocalı faciəsinin 25-ci ildönümünə həısr edilmiş foto –sərgisinə baxmışlar. Muzeyin iclas zalında şagirdlərin ifasında “Xocalı harayı” ədəbi-bədii kompazisiya səslənmişdir.
R. Əzizov adına I Yeddioymaq kənd  tam orta məktəbin uşaq təşkilatının rəhbəri şəhid Əlifağa Cabbarovun bacısı Şahsənəm Nəhmətova, kitabxana müdiri Mehparə Həsənova çıxış edərək bu faciənin səbəbkarlarını lənətləmişlər. “Xocalı-25” foto –sərgisi martın sonuna kimi nümayiş etdiriləcək.

Keçidlər