Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Xocalı faciəsinə həsr olunmuş “Rəsm”, “Şer” və “İnşa-yazı” müsabiqələri

23 fevral 2017 | 16:00

22-23 fevral 2017-ci il tarixlərdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Masallı rayon tam orta ümumtəhsil məktəbləri arasında  26 fevral Xocalı faciəsinə  həsr olunmuş  “ Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir” mövzusunda “Rəsm”, “Şer” və “İnşa-yazı” müsabiqələri keçirilib.
            Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və bildirmişdir ki, müsabiqənin keçirilməsində məqsəd Xocalı qurbanlarının xatirəsinin yad edilməsi, məktəblilərdə vətənpərvərlik, Vətənə məhəbbət hislərinin yüksəldilməsi, vətəndaşlıq hislərinin aşılanması və istedadlı şagirdlərin üzə çıxarılmasından ibarət olduğunu diqqətə çatdırdı.
  Iki gün davam edən müsabiqədə münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib.
“Rəsm” müsabiqəsində F.Xancanov adına Musaküçə kənd tam orta məktəbin  X sinif şagirdləri Şahverdiyeva Hafisə Hüseyn  qızı birinci yerə, F.Xancanov adına Müsaküçə kənd tam orta məktəbinin XI sinif şagirdi Hüseynova Xəyalə Hacıağa qızı ikinci yerə, Qızılavar kənd tam orta məktəbinin XI sinif şagirdi Ağayev Fariq Əbülfət oğlu üçüncü yerlərə layiq görülüblər.
“İnşa-yazı” müsabiqəsində isə Hüseynhacılı kənd tam orta məktəbinin IX sinif  şagirdi Abdullayeva Günay Fərahim qızı birinci yerə, N.Nərimanov adına Şəhər 2 saylı tam orta məktəbinin şagirdi Fəttahzadə Kəmalə Müşfiq qızı ikinci yerə, , F.Xancanov adına Musaküçə  kənd tam orta məktəbinin şagirdi İsmayılzadə Ləman Musaxan qızı üçüncü  yerə,  Dəfinə-məktəb liseyinin şagirdi Əşrəfova Aydan Alxas qızı fərqləndiyinə görə diplomla təltif olunub
“Şer” müsabiqəsində isə Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbinin IX sinif şagirdi Seyfullayeva Surə Valeh qızı I yerə, Dəmirçi kənd ümumi orta məktəbinin VII sinif şagirdi Cavadova Rəfiqə Nəsib qızı II yerə, Ərkivan qəsəbə 5 saylı ümumi orta məktəbin VII sinif şagirdi Tağıyev Kənan Səbuhi oğlu III yerə layiq görülmüşdür. Fərqləndiyinə görə isə Ərkivan qəsəbə 3 saylı tam orta məktəbi VIII sinif şagirdi Adıgözəlova Rəşidə Rəşad qızı, Mahmudavar kəd ümumi orta məktəbin IX sinif şagirdi Sadıqov Əhməd Əsgər oğlu və F.Xancanov adına Musaküçə kənd tam orta məktəbin III sinif şagirdləri Ağazadə Xəyalə Fariz qızı, Niftullayeva Türkan Rauf qızı və Rəhimova Məleykə Zamin qızı diplomla mükafatlandırılıb
         Müsabiqədə  qalib gəlmiş  bütün  şagirdlər Rayon  Gənclər və İdman idarəsi tərəfindən  diplomla təltif olunmuşlar.

Keçidlər