Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda gənc könüllülərlə görüş keçirilmişdir

28 fevral 2017 | 16:00

28 fevral 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin, ASAN Həyat Mərkəzinin və Masallı Dövlər Regional Kollecinin birgə təşkilatçılığı ilə rayonun gənc könüllüləri ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov ASAN xidmət” mərkəzlərində çalışan könüllülərin fəaliyyətinə xüsusi önəm verdiyini  və  savadlı, müasir dünyagörüşlü, vətənpərvər, milli köklərə bağlı, şəxsi keyfiyyətləri yüksək olan gənc peşəkarların yeni dövrün əsas inkişaf lokomativi sayıldığını qeyd etmiş və son dövrlər dövlət qulluğunda çalışanların əksəriyyətinin məhz gənclər olduğunu bildirmişdir.
Tədbirdə Masallı Dövlət regional  Kollecinin direktoru Vidadi Nəzərov  öz çıxışında ASAN Könülləri müsbət fəaliyyət nümunəsi olduğunu və bunun cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmişdir  .
Daha sonar Tədbirdə ASAN xidmət Mərkəzinin Vətəndaşların qəbulu işinin təşkili sektorunun Böyük məsləhətçisi Abiyev Fərid Təvəkkül oğlu, ASAN xidmət Mərkəzinin Vətəndaşların qəbulu işinin təşkili sektorunun  baş mütəxəsisi Fətullayev Kamran Qardaş oğlu, ASAN könüllülər təşkilatının AKGT Masallı ASAN xidmət Mərkəzi üzrə nümayəndəsi  Bayramzadə Nərgiz Faiq qızı,  ASAN könüllüləri Gənclər təşkilatının nümayənmdəsi Şəbiyev Elvin Vəkil oğlu, Masallı regional ASAN xidmət Mərkəzinin “Yaşıl ASAN” layhiəsi üzrə kordinator nümayəndəsi Qurbanova Rəqsanə Əhməd qızı  çıxış edərək vətəndaşların yüksək səviyyəli və keyfiyyətli xidmət almasının vacib məsələ olduğunu qeyd etmişlər. Bu gün hər bir “ASAN xidmət” mərkəzində 100 –dən artıq   könüllünün fəaliyyət göstərdiyini qeyd edərək ,artıq bir çox könüllünün “ASAN xidmət” mərkəzlərində və digər dövlət orqanlarında işə cəlb olunduğunu bildirmişlər
Tədbirin sonunda könüllülük fəaliyyəti ilə bağlı suallar ətrafında diskusiyalar aparılmışdır.

Keçidlər