Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə naziri Masallıda vətəndaşları qəbul edib

03 mart 2017 | 16:00

03 mart 2017-ci il tarixdə Masallı Mərkəzi Rayon Xəstəxanasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, səhiyyə naziri Oqtay Şirəliyev vətəndaşlar üçün qəbul keçirib.

Qəbul zamanı nazir Masallı, Lənkəran, Yardımlı, Cəlilabad sakinlərinin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.

Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Keçidlər