Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Şahinlər” hərbi-idman oyunu

02 mart 2017 | 16:00

02 mart 2017-ci il tarixdə Masallı şəhər 3 saylı tam orta məktəbində Masallı  rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Masallı rayon ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında  “Şahinlər”  hərbi-idman oyunu üzrə  rayon birinciliyi keçirilmişdir
Yarışın açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək komandaları salamlamış və “Şahinlər” hərbi - idman oyununun keçirilməsində məqsədin yeniyetmələrlə aparılan hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərinin hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlığını və turizm hərəkatının inkişaf etdirilməsini təmin etməkdən ibarət olduğunuvə  bildirmişdir.
Sonra tədbirdə SHXÇDX- nın  Masallı rayon şöbəsinin əməkdaşı kapitan Vüqar Əhmədov,  Masallı rayon Təhsil şöbəsinin metodisti Əyyar Burhanov , yarışın baş hakimi Cəmaləddin Məmmədov çıxış edərək gənclərə bu yarışda uğurlar diləmişlər.
            Rayonun  ümumtəhsil məktəblərinin komandalarının iştirak etdiyi yarış gərgin idman mübarizəsi şəraitində keçmişdir. Yarışın əsasnaməsinə uyğun olaraq sıra hazırlığı mərhələsi keçirildikdən sonra komandalar estafet mərhələsini davam etdirmişlər.
        Yarışın yekun nəticəsinə əsasən Masallı şəhər 3 saylı tam orta məktəbin komandası I yerə, N.Aslanov adına Miyankü kənd tam orta məktəbin komandası II yerə, R.Əlihəsənov adına Şəhər 1 saylı tam orta məktəbin komandası III yerə , fərqləndiyinə görə isə S.Tağıyev adına 4 saylı Digah  tam orta məktəbin komandası diplomla təltif edilmişdir .
Yarışda qalib gələn komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdır.
         Onuda qeyd edək ki, Rayon birinciliyində qalib gələn komanda  2017-cı ilin aprel ayında Lənkəran rayonunda keçiriləcək zona mərhələsində rayonumuzu təmsil edəcəkdir

Keçidlər