Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA NOVRUZ BAYRAMI QEYD EDİLDİ

13 mart 2017 | 16:00

13 mart 2017-ci il tarixdə Masallı rayon İcra hakimiyyətinin qarşısındakı meydanda xalqımızın ən gözəl bayramı olan Novruz bayramı münasibətilə ümumrayon tədbir keçirildi.
    Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, rayonun ziyalıları, ağsaqalları və minlərlə rayon sakini iştirak etdi.
   Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov əvvəlcə milli adət ənənələrimizi özündə əks etdirən əl işləri, milli mətbəximizlə tanış oldu və bayram tonqalına alov vuraraq möhtəşəm bayram tədbirini açıq élan etdi.
    Əvvəlcə Dədə Qorqud, Bahar qızı və Novruz simvolları olan Keçəl-Kosa salamdı və tədbir iştirakçılarını xalqımızın gözəl bayramı olan Novruz bayramı münasibətilə təbrik etdilər.
      Sonra Kosa və Keçəlin yumoristik səhnələri, idmançılarımızın meydanda öz idman növlərini təqdim etmələri, yumurta döyüşləri şənliyə xüsusi rəng qatdı.
     Tədbirin sonunda N.Gəncəvi adına Masallı şəhər Mədəniyyət evinin özfəaliyyət kollektivinin, Masallı Dövlət Regional Kollecinin tələbələrinin, rayonumuzun folklor kollektivlərinin rəngarəng çıxışları və Heydər Əliyev Mərkəzində fəaliyyət gostərən rəqs dərnəyinin şagirdlərinin rəqsləri ilə milli adət-ənələrimizi özündə əks etdirən müxtəlif səhnəciklər və geniş konsert proqramı təqdim olundu.

Keçidlər