Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLININ BAYRAQ MEYDANINDA APREL QƏLƏBƏSİNİN İLDÖNÜMÜ VƏ GƏNCLƏRİN HƏRBİ XİDMƏTƏ YOLA SALINMASI

03 aprel 2017 | 16:00

3 aprel 2017-ci il tarixdə Masallının Bayraq Meydanında Aprel qələbəsinin ildönümü və hərbi çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Tədbirdə Masallı RİH başçısı cənab R. Hüseynov və aparatı, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə-müəsissə rəhbərləri, müəllimlər, məktəblilər, KİV nümayəndələri, ictimai təşkilatların rəhbərləri, hərbi çağırışçıların valideynləri və s. iştirak ediblər.
 Masallı RİH başçısı cənab R. Hüseynov sözünə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sözləri ilə başlayıb qeyd edib ki, bir il bundan əvvəl Ermənistan növbəti dəfə silahlı təxribata əl atdı, bizim mövqelərimizə atəş açdı, hücum etdi, yaşayış məntəqələrimizi atəşə tutdu. Bu təxribat nəticəsində hərbçilərimiz şəhid oldu, yaralandı, mülki şəxslər arasında da həlak olanlar oldu. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir. Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək. Təmas xətti dəyişdirildi. Bu gün Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü özündə saxlayır. Rayon rəhbəri Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi sözləri xatırladaraq qeyd edib ki, Aprel döyüşləri, - mən bunu əvvəllər də qeyd etmişdim, - hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir.
Sonra tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı Rayon şöbəsnin rəisi, polkovnik Rəsul Quliyev, Aprel döyüşlərində şəhid olan Nurlan Əsgərlinin atası Bayram Əsgərov, Aprel döyüşlərində şəhid olan Firdovsi Bağırzadənin dayısı Ağamir İbrahimov, Aprel döyüşlərinin iştirakçısı Mansur Quliyev, hərbi xidmətə yola salınan çağırışçı Ağaramazan İbrahimov, hərbi xidmətə yola salınan çağırışçı Cavid Nurinin babası Ələşrəf Niftiyev və QMİ-nin cənub üzrə qazisi Mirqiyas Ağa Təhməzov çıxış ediblər.
Çağırışçılar Müqəddəs Qurani-Kərimi öpüb altından keçiblər.
Bayraq Meydanında Masallı Rayon Xalq Teatrı aktyorlarının ifasında möhtəşəm Aprel döyüşlərinə həsr olunmuş geniş ədəbi-bədii kompozisiyaya tədbir iştirakçılarına təqdim olunub.

Keçidlər