Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Heydər Əliyev siyasəti və Azərbaycan 2017" mövzusunda inşa yazı müsabiqəsi

20 aprel 2017 | 16:00

Masallıda "Heydər Əliyev siyasəti və Azərbaycan 2017" mövzusunda inşa yazı müsabiqəsi

20 aprel 2017-ci il tarixdə Masallı şəhər 3 saylı tam orta məktəbində inşa yazı müsabiqəsi keçirilib.

20 aprel 2017-ci il tarixdə Masallı şəhər 3 saylı tam orta məktəbində rayon məktəbliləri arasında ümummilli lider Heydər Əliyevin 94 illik yubileyinə həsr edilən "Heydər Əliyev siyasəti və Azərbaycan 2017" mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Masallı Rayon İcra Hakimiyyəti və rayon Təhsil Şöbəsi tərəfindən təşkilatçılığı ilə keçirilən müsabiqədə rayon üzrə yuxarı sinif (IX-XI) şagirdləri – "Ölkəmizi tanıyaq" layihəsinin iştirakçıları  bilik və ifadə bacarığını nümayiş etdiriblər.

Xatırladaq ki, 40 məktəbli arasında keçirilən müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən müəyyən edildikdən sonra Masallı Rayon Təhsil Şöbəsinin Fəxri fərmanları ilə təltif olunacaq.

 

Keçidlər