Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda taekvando idman növü üzrə rayon birinciliyi

21 aprel 2017 | 16:00

20-21 aprel 2017-ci il tarixlərdə Masallı şəhər Regional Taekvando Mərkəzində  taekvando idman növü  üzrə yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilmişdir.

20-21 aprel 2017-ci il tarixlərdə Masallı şəhər Regional Taekvando Mərkəzində  Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş taekvando idman növü  üzrə yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilmişdir.

Yarışın əsas məqsədi ümummilli lider Heydər Əliyevin  xatirəsini əziz tutmaq. rayonda taekvando idman növünə olan marağı daha da artırmaq prespektivli idmançıların üzə çıxarılması olmuşdur.

10 çəki dərəcəsində 62 nəfər yeniyetmə və gənc  idmançıların iştrakı ilə keçirilən yarış olduqca gərgin və mübarizə şəraitində keçirilmişdir. İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunmuşdur .

 

Keçidlər