Şriftin ölçüsü :

Saytın rəngi :

ƏRAZIİLƏRDƏ MAL-QARAYA DİQQƏT ARTIRILIR

24 aprel 2017 | 16:00

Qarğalıq, Şərəfə və Səmidxan kənd ərazilərində  5 min başdan çox iribuynuzlu, 9 min baş qoyun-quzu mövcuddur.
Qarğalıq kənd baytarlıq sahəsi xidmət etdiyi bu kəndlərdə mal-qaranın sağlamlığına həmişə qayğı göstərilib. Baytarlıq sahəsi yanvar ayından bəri iribuynuzlu mal-qarada dabaq və qara yara əleyhinə peyvəndləri başa çatdırmışdır. 6 mindən çox qoyun-quzuda da bu peyvəndlər aparılmışdır.
     Hazırda ərazilərdə iribuynuzlu heyvanların modulyar dermativ infeksion xəstəliyə qarşı peyvəndi davam etdirilir.
  Sahə baytar həkimi Çingiz Muradov və feldşer Məhərrəm İbayev mal-qaranın sağlamlığı üçün peyvəndləri vaxtında başa çatdırmağa çalışırlar.

Keçidlər