Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Heydər Əliyev siyasəti və 2017” mövzusunda “Rəsm və İnşa-yazı müsabiqəsi

03 may 2017 | 16:00

03 may 2017-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində  “Heydər Əliyev siyasəti və 2017” mövzusunda “Rəsm və İnşa-yazı  müsabiqələri keçirilmişdir.

Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə  yeniyetmə və gənclər  arasında  ümummilli lider Heydər Əliyevin  anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və bildirmişdir ki, ulu öndər Heydər Əliyev XX əsrin ən parlaq simalarından və dahi şəxsiyyətlərindəndir. Ümummilli Lider şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlib. Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu Öndərin ölməz obrazı yaşayır.Bu mənada, inşa və rəsm müsabiqəsinin keçirilməsinin əsas məqsədi şagirdlərin fırçası və qələmilə böyük azərbaycanlı, millətin fəxri, milli və mənəvi liderimiz Heydər Əliyevin əmanət qoyduğu müstəqil Azərbaycanın Onun ölməz ideyalarının işığında Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi sayəsində gələcəyə inamla addımladığını obrazlı şəkildə diqqətə çatdırmaqdır.
Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib.
    Rəsm müsabiqəsində B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbin şagirdi Qəzənfərova Fatimə Fəyyaz qızı  birinci yerə, İ.Zülalov adına Musaküçə kənd tam orta məktəbin şagirdi Həmzalılı Nəzrin Elçin qızı ikinci yerə, Ə.Bəylərbəyov  adına Xıl kənd  tam orta məktəbin  şagirdi Əliyeva Mədinə Qalib qızı  üçüncü yerlərə layiq görülüblər.
İnşa-yazı müsabiqəsində  yeniyetmələr arasında “Dəfinə-məktəb liseyi”nin şagirdi Əşrəfova Aydan Alxas qızı birinci yerə, , B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbini şagirdi Qəzənfərova Fatimə Fəyyaz qızı ikinci yerə, B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbini  şagirdi Feyzullayeva İlqar Anar oğlu üçüncü yerə; gənclər arasında  isə Masallı şəhər 1 saylı tam orta məktəbin şagirdi Fətullayeva Fidan Qardaş qızı birici yerə, Kalinovka kənd tam orta məktəbinin şagirdi Əsgərova Elnarə Tehran qızı ikinci yerə, Ə.Bəylərbəyov adına Xıl kənd tam orta məktəbin şagirdi İbayeva Nigar Vüqar qızı üçüncü yerə  layiq görülmüşlər
      Müsabiqədə  qalib gəlmiş  bütün  iştirakçılar  Rayon  Gənclər və İdman idarəsi tərəfindən  diplomla təltif olunmuşlar.

Keçidlər