Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Nə? Harada? Nə zaman” İntellektual oyunu

05 may 2017 | 16:00

05 may 2017-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində yeniyetmə və gənclər arasında  “Nə? Harada? Nə zaman” intellektual oyunu üzrə rayon birinciliyi keçirilmişdir.

Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə  təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və  ölkədə aparılan gənclər siyasətinin hədəflərini, gənclər təşkilatlarının və gənclərin bu siyasətin həyata keçirilməsində fəal iştirakını, onların hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırıb.

Gərgin və maraqlı mübarizə şəraitində keçən bilik yarışının yekununda F.Xancanov adına Musaküçə kənd tam orta məktəbinin komandası birinci yerə, Qəriblər kənd tam orta məktəbinin komandası ikinci yerə, B.Şiriyev adna Mollaoba kənd tam orta məktəbinin komandası üçüncü yrə layiq görülmüşdür.

 Rayon  birinciliyində  qalib gəlmiş    komandalar   Masallı  rayon  Gənclər və İdman idarəsi tərəfindən  diplomla  təltif olunmuşlar.

Keçidlər