Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Şuşa-Mərdlik Meydanıdır" mövzusunda tədbir

06 may 2017 | 16:00

06 may 2017-ci il tarixdə Masallı şəhər Tarix Diyarşünaslıq Muzeyində  "Şuşa-Mərdlik Meydanıdır" mövzusunda tədbir keçirildi.

Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayonu üzrə sədri Nahid Rəhimov, Şuşa şəhər sakini, mməcburi köçkün Rafiq Abbasov, Müsakücə, Lürən, İsgəndərli ərazilərindən şəhid olmüş oğullarımızın ailə üzüvləri, Şəhər məktəblərin şagirdləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Masallı şəhər Tarix Diyarşünaslıq Muzeyinin direktoru  Əntiqə Tağıyeva, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayonu üzrə sədri Nahid Rəhimov və başqaları Şuşa şəhərinin tarixindən, mədəniyyət abidələrindən, işğalından və işğaldan sonra tarixi abidələrin vəziyyətindən tədbir iştirakçılarına geniş məlumat verdilər.
Tədbirin sonunda Digah tam orta məktəbinin şagirdləri Şuşaya həsr edilmş bədi kompazisiya nümayiş etdirdilər.

Keçidlər