Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda futbol idman növü üzrə rayon birinciliyi keçirilib.

07 may 2017 | 16:00

19 aprel - 07 may 2017-ci il tarixlərində Türkoba kənd  stadionunda futbol idman növü  üzrə rayon birinciliyi keçirilmişdir.

Masallı  rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 12 komandanın iştrakı ilə  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş  gənclər arasında futbol yarışının final mərhələsi 07 May 2017-ci il tarixdə Türkoba kənd stadionunda keçirilmişdir. Yarışın məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsini əziz tutmaq, rayonda futbol idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək olub.  Keçirilən yarışlarda bütün oyunları müvəffəqiyyətlə başa vuran   “Türkoba” kənd komandası, , I yerə, “Qəzvinoba” kənd komandası II yerə, “Miyənkü” kənd komandası III yerə layiq görülmüşdür.
Qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Keçidlər